Pakistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Digərləri 18 İyn 2025 14:18:00 83 0
Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Bu qidaları yeyin, təzyiq probleminiz olmayacaq
Təbrik məktubunda deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Pakistan və Azərbaycan qarşılıqlı hörmət, etimad, sülh və firavanlıqla bağlı ortaq baxışa əsaslanan yaxın qardaşlıq münasibətlərinə malikdir. Son bir neçə il ərzində ikitərəfli əlaqələrimizin tez-tez həyata keçirilən yüksəksəviyyəli səfərlərlə və qarşılıqlı maraq doğuran bütün sahələrdə səmərəli əməkdaşlıqla xeyli dərinləşməsi böyük məmnunluq doğurur.
Tərəfdaşlığımızdakı bu güclü inkişaf tempinin xalqlarımıza uzunmüddətli mənfəətlər verməyə davam edəcəyinə əminəm. Pakistan regional bağlılıq, iqtisadi artım və strateji əməkdaşlıq kimi ortaq məqsədlərimizə nail olmaq üçün Azərbaycanla yaxından işləməyə qətiyyətlə sadiq qalır.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıqla bağlı ən səmimi arzularımı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bir müddət əvvəl estetik əməliyyatlarına çəkdiyi xərclərlə gündəm

İran hava məkanının bağlı qalması müddətini uzadıb.

Son illərdə avtomobil alqı-satqısı artıq bazarda yox, sosial şəbəkələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıst

Dünyada baş verən qlobal istiləşmə ekoloji tarazlığın və enerji balans

Ermənistanın Baş naziri Nikol Paşinyan tanınmış iş adamı Samvel Karapet

İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin MOSS

Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəb

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qəza baş verib.

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna

Azərbaycan Respublikası Nazirlər Kabineti 12 iyun 2025-ci il tarixində ölk

Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması
