Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı
Digərləri 18 İyn 2025 22:58:00 61 0
Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması ilə tez-tez rastlaşırıq. Hər bir mövsümün özünə xas xəstəlikləri var ki, zaman-zaman baş qaldırır.
Bu xəbəri də oxu: Bakının bu ərazisində üç saat işıq olmayacaq
Mövsümi xəstəliklərlə bağlı hazırda ölkədə vəziyyət necədir?
Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, havaların istiləşməsi ilə əlaqədar qrip infeksiyasına nadir təsadüf olunur.
"Adətən, yaz-yay aylarında hava-damcı üsulu ilə yoluxan virus infeksiyaları - adenovirus, rinovirus, paraqrip virusu, o cümlədən, enteroviruslara yoluxma hallarına rast gəlinir. Bunların əlamətləri oxşar olduğuna görə bəzən əhali arasında yay qripi kimi tanınır. Xəstələnmə halları qısamüddətli olur və tez sağalır".
Təyyar Eyvazov qeyd edib ki, hazırda mövsümi infeksiyalara yoluxma hallarına rast gəlinsə də, ciddi artımlar müşahidə olunmur.
Məsələ ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Vasif Əliyev isə bildirib ki, ümumiyyətlə, mövsümə uyğun olaraq müəyyən xəstəliklər daha çox müşahidə olunur.
"Qış mövsümündə xüsusilə yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri geniş yayılır. Bu da, əsasən, virus infeksiyalarının yaxın təmasda, qapalı məkanlarda insandan insana asanlıqla ötürülməsi ilə bağlıdır. Bu infeksiyalara xüsusilə uşaqlar daha çox yoluxur; uşaq bağçaları, məktəblər kimi kollektiv yerlərdə yayılan infeksiya daha sonra evdə böyüklərə də keçə bilər.
ABŞ prezidenti Donald Tramp İsrailin İranın ali dini lideri Ayətullah Əli

22:33 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın ilk dəfə i

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının r

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan və

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III

Bakı Ekspo Mərkəzində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi&qu

Xəbər verdiyimiz kimi, bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrı

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində y

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz t

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı b

İranın bütün ərazisində internet demək olar ki, tamamilə kəsilib.

Narkotik ittihamı ilə mühakimə edilən şair-tiktoker İlhamə Elşadqızın

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

"Avroviziya 2024" təmsilçilərimizdən olan Fahree imicində dəyiş
