Hörmüz boğazında xaos yaşanır
Digərləri 22 İyn 2025 11:14:00 353 0
ABŞ Hərbi Hava Qüvvələrinin bu gün İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi hava və raket zərbələrindən sonra bölgədə gərginlik pik həddə çatıb. İranın strateji cavab ehtimalları və bölgədə artan təhlükəsizlik riski səbəbindən Hörmüz boğazında əsl xaos yaşanır.
Bu xəbəri də oxu: Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü
Son.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bölgədə fəaliyyət göstərən 50-yə yaxın neft tankeri İranın boğazı bağlama ehtimalından və mümkün hərbi qarşıdurmalardan çəkinərək ərazini tərk etməyə çalışır.
Hörmüz boğazı dünya enerji tədarükü üçün son dərəcə önəmli bir strateji keçiddir. Buradan gündəlik təxminən 20 milyon barel neft daşınır ki, bu da qlobal neft ticarətinin təxminən 30%-ni təşkil edir. Bu səbəbdən bölgədə yaranmış gərginlik yalnız regional deyil, eyni zamanda qlobal iqtisadi və enerji bazarlarına da ciddi təsir göstərə bilər.
İran tərəfi isə ABŞ-nin hücumlarını beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.
Türkiyəli aktrisa Pelin Uluksar yeni sevgilisi ilə görüntülənib.
Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.
ABŞ-ın İran ərazisinə endirdiyi hərbi zərbələr beynəlxalq hüquq və B
Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasında ü
"ABŞ-ın İrana endirdiyi zərbələrdən sonra İrandan yeni raket atış
Son zamanlar falçı, ekstasenslər yanına gedənlərin sayı artıb. Hətta fa
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il iyunun 22-də dövl
ABŞ-nin İsfahan, Nətənz və Fordo şəhərlərində yerləşən İranın mü
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə
ABŞ Prezidenti Donald Tramp İranın üç əsas nüvə obyektinə qarşı Hərb
100 il yaşamaq istəyən bir insan üçün yuxu rejimi, uzunömürlülüyü tə
Minimalizmə keçid - sadə, məqsədli və rahat bir həyat tərzini seçmək d
İyul ayında bəzi bürclər üçün maliyyə baxımından uğurlu dövr gözl
İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir?
