Üç nazirlikdən radiasiya
Digərləri 24 İyn 2025 18:37:00 401 0
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, "İzotop" xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr mütəmadi olaraq davam etdirilir.
Bu xəbəri də oxu: Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları SİYAHI
Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Qeyd edilir ki, müayinələr zamanı bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması halları qeydə alınmayıb.
Vurğulanıb ki, ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarətin təmin olunması məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatlaşdırılmış stansiyaları fəaliyyət göstərir. Avtomatlaşdırılmış stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır. Hazırkı müşahidələrin nəticələrinə əsasən, havada hər hansı bir radioaktiv çirklənmə faktı qeydə alınmayıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Azərbaycanın cənub sərhədyanı rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) radioloji və radioekoloji tədqiqatlar həyata keçirilməkdədir. İRİA Nüvə tədqiqatları departamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təhlükəsizlik standartları və tövsiyəedici sənədləri nəzərə alınaraq, ölkəmizin cənub sərhəd rayonları ərazisində havada, torpaqda və çay su nümunələrində aşağıdakı radioloji parametrlər üzrə ölçmə və analizlər aparılıb.
Nəticələr belə olub: - Hava, torpaq, yağış və çay suyu nümunələrində Uran izotoplarının zənginləşdilmiş dəyəri, habelə heç bir süni radionuklidlər aşkar edilməyib; - Hava alfa və beta aktivlik dəyərləri normal fon daxilində müşahidə edilib; - Avtoqamma və stasionar dozimetrik ölçülərdə qamma və neytron şüalanması fon səviyyələrdə olub, təhlükəli dəyərlər qeydə alınmayıb.
Qeyd edilib ki, aparılan müayinələrin nəticələri barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağır
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
 Ətraflı
 Ətraflı
                                                Ermənistanın baş naziri Nikol Paşinyan açıqlaması ilə erməniləri şoka
 Ətraflı
 Ətraflı
                                                Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev
 Ətraflı
 Ətraflı
                                                Müğənni Bahar Lətifqızının başına iş gəlib.
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinə
 Ətraflı
 Ətraflı
                                                "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sə
 Ətraflı
 Ətraflı
                                                Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
 Ətraflı
 Ətraflı
                                                Bu gün saat 18:00-da Tehranın İnqilab Meydanında qələbə bayramı keçiril
 Ətraflı
 Ətraflı
                                                Bu ilin 23 aprelində Pekində imzalanmış "Azərbaycan Respublikası Hök
 Ətraflı
 Ətraflı
                                                ABŞ Prezidenti Donald Trampın İranda rejim dəyişikliyi ilə bağlı verdiyi
 Ətraflı
 Ətraflı
                                                İyunun 24-ü saat 15:00-a olan məlumata görə, ölkənin bəzi bölgələrind
 Ətraflı
 Ətraflı
                                                Məşhur müğənni və aktrisa Selena Qomes yeni görüntüsü ilə diqqət ç
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            