AZSTAND Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminar keçirib
Digərləri 25 İyn 2025 10:46:00 301 0
Təlim çərçivəsində media nümayəndələrinə standartların işlənib hazırlanması, ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, korporativ idarəetmə və süni intellekt kimi aktual sahələrdə standartların tətbiqinə dair ətraflı məlumat verilib, beynəlxalq təcrübələr əsasında praktiki nümunələrə nəzər salınıb.
Bu xəbəri də oxu: "Monitor şiri" dövrü bitdi Təhqir etməzdən əvvəl bunları bilməlisiniz
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən media nümayəndələri üçün maarifləndirici seminar keçirilib. Azərbaycan milli mətbuatının 150 illiyinə həsr edilmiş seminarda 40-a yaxın media mənsubu iştirak edib.
Seminar media nümayəndələrini standartlaşdırma fəaliyyəti ilə daha yaxından tanış etmək, dövlət standartlarının işlənib hazırlanması, qəbul olunması və tətbiqi mexanizmləri barədə məlumatlılığı artırmaq məqsədilə təşkil olunub.
Tədbirdə AZSTAND-ın baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə açılış nitqi ilə çıxış edib. AZSTAND-ın fəaliyyətinin ölkədə keyfiyyət infrastrukturunun inkişafı, istehlakçı hüquqlarının etibarlı müdafiəsi və ixrac potensialının artırılmasına istiqamətləndiyi qeyd olunub. Həmçinin İnstitutun milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması ilə rəqabətqabiliyyətliliyin gücləndirilməsi və davamlı iqtisadi inkişafın təmin edilməsinə hədəflənən tədbirləri vurğulanıb.
Daha sonra AZSTAND nümayəndələri ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və korporativ idarəetmə sahələrində tətbiq olunan standartlar, eləcə də süni intellekt texnologiyaları üzrə standartlara dair təqdimatlarla çıxış ediblər. Tədbir iştirakçıları standartların müasir tələblərə uyğunlaşdırılması və tətbiqinin praktiki əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.
Seminarın sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycanda akkreditə olunmu
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələr
Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun a
"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyəti
Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə s
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO
"Saat 4 olub, işçilər hamısı gedib, ərazidə iş getmir, camaat əziy
Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2025-ci il iyul
Xalq artisti Mələkxanım Eyubovanın canlı yayımda halı dəyişib.
Füzulidə baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.
İyunun 23-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında vət
Cəmi 100 manat ver, 9 santimentrə qədər boyunu uzadaq... Aparatla ağrısız
Gələcəkdə insanların minlərlə il yaşaması mümkündür. Lakin hazırda
akiyajın gün ərzində axmaması və pozulmaması üçün düzgün tətbiq və
Türkiyənin məşhur cütlüyü Gupse Özay və Barış Arduç haqqında ayrıl
