Aktauda AZALın təyyarə qəzasında həlak olanların xatirəsinə abidə ucaldıldı
Digərləri 26 İyn 2025 20:42:00 391 0
İyunun 26-da Aktau hava limanı yaxınlığında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin ekipaj üzvlərinin xatirəsinə abidə ucaldılıb.
Bu xəbəri də oxu: Ruxsara Əliyeva vəfat etdi FOTO
Bu barədə Trend Qazaxıstan KİV-lərinə istinadən məlumat verib.
Manqistau vilayətinin İctimai Kommunikasiyalar Mərkəzindən verilən məlumata əsasən, abidə Azərbaycanın milli qəhrəmanları - pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyevaya həsr olunub.
Abidənin açılışı mərasimində faciə qurbanlarının yaxınları, aviasiya sənayesinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirak edənlər həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidə önünə gül dəstələri düzüblər.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
Demək olar ki, hər kəs ləzzətli yeməklərdən zövq alır. Lakin bəzi ins
"Hudutsuz Sevda"nın Gamzesi Zehra Yılmazın toyların birindən yay
Lerik rayonunun kənd məktəblərində fəaliyyət göstərən iki müəllim se
Mərkəzi Afrika Respublikasında məktəbdə baş verən partlayış faciəyə
Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Nəvai Bəkirovun (Na
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhə
Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığın
Aparıcı Nigar Fərhadın "Kanal S" telekanalında yenidən fəaliy
225 mindən çox britaniyalı sürücü 2025-ci ilin ən yaxşı avtomobilini se
Bakıda narkotik maddələrin satışı ilə məşğul olan ata və oğlu saxlan
Azərbaycanda gələn ay müddətli həqiqi hərbi xidmətə göndəriləcək ç
Türkiyəli məşhur aktyorlar Leyla Feray və Serhat Teomanın 10 illik münasi
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektoru, Xətai r
