İranın Ermənistandakı səfirinin əsassız və təxribatçı iddialarını qətiyyətlə rədd edirik XİN
Siyasət 27 İyn 2025 20:29:00 341 0
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik.
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycan ərazisindən guya İrana qarşı istifadə edilməsi ilə bağlı əsassız iddialarına dair şərhində bildirilib.
"Bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir.
Azərbaycan Prezidentinin İran Pezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığı zamanı müvafiq qaydada izah etdiyi mövqe fonunda İran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk.
Azərbaycan Respublikası onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İran İslam Respublikasına və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsi ilə bağlı iddiaları qəti şəkildə təkzib edir. Bu cür iddialar əsassızdır və bu barədə heç bir mötəbər sübut yoxdur.
İran tərəfindən münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısını almasını, həmçinin ölkəsini təmsil etməkdənsə, mütəmadi olaraq ermənipərəst mövqe nümayiş etdirən səfirin səsləndirdiyi fikirlərlə bağlı lazımi addımlar atmasını gözləyirik", - deyə Ayxan Hacızadə bildirib.
İki mövsüm boyunca yayımlanan "Kızıl Goncalar" serialında canla
"Azərbaycanfilm" kinostudiyası başqa əraziyə köçürülməlidir&
Dünyanın nüfuzlu maliyyə qurumlarından biri olan JP Morgan, ABŞ dolların
Polis Ermənistan İstintaq Komitəsinin yaxınlığında arxiyepiskop Mikael Ac
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi sertifikasiya imt
Amerikalı ulduz Cenifer Lopez 2025-ci il avqustun 5-də İstanbulda verəcəyi
Son illər Ermənistanın daxilində müşahidə edilən siyasi gərginlik, hüq
Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömr
Qlobal nüvə müharibəsindən sonra sağ qalmaq demək olar ki, mümkün olmay
İyunun 26-da "Axiom Space Ax-4" missiyası çərçivəsində dörd as
İsti yay günlərinin vazkeçilməz ləzzəti qarpız və ağ pendirdir.
"Efir öncəsi xanım Xalq artisti mənə yığdı ki, gəl, səninlə işi
Dünya üzrə şirkət iflaslarında ciddi artım müşahidə olunur. "Dun
Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə burax
Sosial şəbəkədə yayılan video görənləri hiddətləndirib.
