Üzüntüsünü gizlətdi, gerçək daha ağır imiş… Keyt Middleton ölümlə üzüzəymiş
Digərləri 29 İyn 2025 11:47:00 313 0
İllərdir geniş xalq sevgisi ilə əhatə olunan və güldükcə izləyicilərini də sevindirən Keyt Middleton bir Hollivud ulduzu qədər məşhurlaşmışdı. Atdığı hər addım izlənilən, milyonlarla insan tərəfindən heyranlıqla izlənən şahzadə, əslində öz içində ağır bir mübarizə aparırmış.
Bu xəbəri də oxu: Türkiyənin məşhur geyim markası Azərbaycanda fəaliyyətini tam dayandırdı
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, modern dövrün nağıl qəhrəmanı hesab edilən və bir gün Böyük Britaniya kraliçası olacağı gözlənilən Uels şahzadəsi Keyt Middletonun xərçəngə tutulması xəbəri bu səbəbdən cəmiyyətə böyük təsir göstərmişdi. Hətta kral ailəsinə müsbət yanaşmayanlar belə bu xəbərlə sarsılmışdı.
Qaytardığı gülümsəmə gerçəkləri gizlədə bilmədi
Xəstəliyini bildirdikdən sonra bir müddət səhnədən çəkilən Keyt Middleton son aylarda yenidən bəzi vəzifələrinə qayıtdı. Lakin onun vəziyyəti ilə bağlı son iddialar yenidən narahatlıqları artırdı.
Son anda iştirak etmədiyi bir tədbir artıq onu gözləyənlərin ürəyinə şübhə salmışdı. Məlum oldu ki, Keyt bəzi günlər xəstəliyin təsirlərindən dolayı evdən belə çıxa bilmir.
Saray mənbələrinin son açıqlamalarına görə, Keyt Middletonun xərçəng diaqnozu və aldığı kimyaterapiya müalicəsi əvvəl düşünüləndən çox daha ağır keçib və şahzadə əslində ölümlə üz-üzə qalıb.
Keytə xərçəng diaqnozu qarın boşluğundan keçirilən bir əməliyyatdan sonra qoyulmuşdu. Lakin xəstəliyin konkret növü və mərhələsi ilə bağlı heç bir rəsmi açıqlama verilməmişdi. Bu da sarayın son məlumatlarını təsdiqləyən bir detal kimi görünür.
Gözlənilmədən ortalıqdan çəkilməsi, ardından yayılan saysız şayiə və konspirasiya nəzəriyyələri Keyti məcbur etmişdi ki, video açıqlama ilə diaqnozunu özü elan etsin.
"Sağalma ehtimalı belə şans sayılır"
Adını açıqlamayan bir kral eksperti Keytin vəziyyətinin ciddiliyini belə ifadə edib: "Anladığım qədəri ilə, onun indi sağalmasından danışmaq belə böyük bir şansdır. Tam bərpası illər ala bilər".
Həssas bədəni səbəbindən fəaliyyət yükünü azaltmaq məcburiyyətində qalan Keytin bu yay Uimbldon turnirində görünməsi böyük ehtimalla gözlənilir. Ardınca isə iyul ayının əvvəlində Vindzor qalasında keçiriləcək Fransa dövlət səfərində yalnız simvolik olaraq iştirak edəcəyi, tədbirin qısa tutulacağı bildirilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
 Ətraflı
 Ətraflı
                                                İsrailin Tehranda "Evin" həbsxanasına hərbi hava hücumu nəticəs
 Ətraflı
 Ətraflı
                                                2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.
 Ətraflı
 Ətraflı
                                                Ətir sənayesində qadınların rolu və əhəmiyyəti
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfində
 Ətraflı
 Ətraflı
                                                Naxçıvanda ağır yol nəqliyyat hadisəsi baş verib.
 Ətraflı
 Ətraflı
                                                Yaxın Şərqin ən çox münaqişə yaşanan bölgələrinin ortasında yerlə
 Ətraflı
 Ətraflı
                                                Hollivudun ulduz aktyoru Bred Pitt Argentina millisinin kapitanı Lionel Messini
 Ətraflı
 Ətraflı
                                                Yay mövsümü bu üç bürc üçün köklü dəyişikliklər vəd edir.
 Ətraflı
 Ətraflı
                                                İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazi
 Ətraflı
 Ətraflı
                                                Balıq, sarımsaq, soğan və dəniz məhsulları mətbəxdə dadla yanaşı, da
 Ətraflı
 Ətraflı
                                                Müğənni Zamiq Hüseynov qazancını nəyə xərclədiyini açıqlayıb.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            