Rusiya FTXnın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Digərləri 30 İyn 2025 15:30:00 290 0
Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.
Bu xəbəri də oxu: Almaniyada bağ evlərində qalmaq buna görə qadağan imiş
APA-nın əldə etdiyi məlumata görə, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN "Sputnik Azərbaycan"ın Bakıdakı ofisində əməliyyat keçirir.
Xatırladaq ki, Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.
Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.
Başqa sözlə, "Sputnik-Azərbaycan"ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.
Lakin "Sputnik Azərbaycan" redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.
Bazar günü səhər ABŞ-ın Ohayo ştatının şimal-şərqində, Howland qəs
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydın
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) tərəfindən vətəndaşla
"QayMaq Premium Qida" şirkətinin istehsal etdiyi kərə yağından s
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh saziş
Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürül
ABŞ-ın keçmiş prezidenti Con F. Kennedinin şəxsi həyatı ilə bağlı yen
Rəqqasə Rəna Ağamuradova açıqlaması ilə diqqət çəkib.
Türkiyənin İstanbul və digər iki vilayətində qasırğanın yaxınlaşmas
İyunun 30-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesin
Uşağa ad seçmək valideynlərin ən vacib qərarlarından biridir.
Fikrət Fərrux oğlu Məmmədov "Şərəf" ordeni ilə təltif edilib
2025-ci ilin yay ayları bəzi bürclər üçün gözlənilməz sınaqlar və ç
