Azərbaycan hərbçiləri “Anadolu Qartalı 2025”də iştirak ediblər
Digərləri 04 İyl 2025 18:11:00 356 0
Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti Türkiyədə keçirilən "Anadolu Qartalı - 2025" beynəlxalq taktiki-uçuş təlimində iştirak edib.
Bu xəbəri də oxu: Müəllim tiktoka görə işdən qovuldu
Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim müddətində iştirakçılara təhlükəsizlik qaydaları, hərəkət marşrutları, icra olunacaq tapşırıqlar, meteoroloji vəziyyət barədə brifinq təqdim olunub. Ssenarinin praktiki icra mərhələsində texniki heyət aviasiya vasitələrini hazır vəziyyətə gətirdikdən və son yoxlamaları apardıqdan sonra hərbi pilotlarımız aviabazadan qrup şəklində uçuşlar həyata keçirərək, hava kəşfiyyatının aparılması, hava üstünlüyünün əldə olunması, şərti hədəflərin məhv edilməsi və digər tapşırıqları yerinə yetiriblər. Plana uyğun olaraq, hərbi pilotlarımız hava-hava, hava-yer təyinatlı tapşırıqların icrası ilə yanaşı, Türkiyə HHQ-sinin aviasiya heyətləri ilə birlikdə uçuşlar da həyata keçiriblər. İyulun 4-də Konya şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan HHQ-sinin şəxsi heyətinin "Anadolu Qartalı - 2025" beynəlxalq taktiki-uçuş təlimi zamanı sərgilədiyi yüksək peşəkarlıq xüsusi vurğulanıb. Qeyd edək ki, iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığı, birgə fəaliyyət qabiliyyətini və döyüş hazırlığını artırmaq məqsədilə keçirilən təlimdə Azərbaycan, ABŞ, İordaniya, Macarıstan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və NATO-nun HHQ nümayəndələri iştirak ediblər.
Tanınmış azərbaycanlı bloqer Səbinə Orucova paylaşımı ilə diqqıt ç
6 iyul saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Alı Mustafayev küçəsi
ABŞ-ın Kaliforniya ştatının Hollivud şəhərində yerləşən "7-Elev
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Respu
Elm və Təhsil Nazirliyi bildirir ki, bu il keçirilmiş kimya fənni üzrə se
PASHA Real Estate Xəzər sahilində Mərdəkan bağları ərazisində yerləş
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütü
Astronomlar Günəş sistemində yeni, sirli bir obyekt aşkarlayıblar.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikas
İstanbulun Küçükçekmece rayonunda fəaliyyət göstərən KALE İstehlak Ma
Bu dəqiqələrdə Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham
Tanınmış xanəndə Mirələm Mirələmovun kiçik oğlunun görünütsü mara
