Xankəndidə xüsusi təyinatlı və hərbi geyimlər istehsal olunacaq FOTO
Digərləri 06 İyl 2025 13:55:00 415 0
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan "Businesstex JV" tikiş fabrikində müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur.
Bu xəbəri də oxu: Bu tarixdən hava dəyişir Leysan olacaq: XƏBƏRDARLIQ
Son.az Trend-ə istinadən bildirir ki, gələcəkdə isə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.
Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.
Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib.
Aparıcı və aktyor Elcan Rəsulov cərimələndiyini bildirib.
ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya üçün verdiyi ləqəbin
Fələstinin radikal HƏMAS hərəkatının Qətərin Qəzza zolağında nizamla
ATV-də yayımlanan "Bizimləsən" verilişində maraqlı anlar yaşan
Bakının Nərimanov rayonu ərazisində qeydə alınan görüntü diqqət çək
Ərəblər zənginlik mövzusunda hər yerdə gündəmə gəlirlər. İngilis me
Sülh prosesi müstəsna olaraq Azərbaycan və Ermənistanın rəhbərliyi alt
Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya siyasi səhnəsində ön
Antalyada aparılan rüşvət təhqiqatı çərçivəsində saxlanılan Antalya
Aktyor Taleh Yüzbəyovun həyat yoldaşı maraq etiraf edib.
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA evləri yaxınlığın
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü ABŞ Prezidenti Donald Tramp
O, bu ilin bəşəriyyətin məhvinə səbəb olacaq hadisələrin başlayacağ
