Qarabağa getmək istəyənlərin nəzərinə!
Digərləri 08 İyl 2025 23:20:00 340 0
Fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün "Yolumuz Qarabağa" (www.yolumuzqarabaga.az) portalından əldə olunan icazənin müddəti 5 günədək artırılıb.
Bu xəbəri də oxu: Dabaq xəstəliyi ağartı bazarını da vurdu satışlar çökdü!
Bu barədə Son.az-a AYNA-dan məlumat verilib.
Məlumata əsasən, fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.
Fərdi minik avtomobillərini idarə edən şəxslər "Yolumuz Qarabağa" portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar, həmçinin "Yolumuz Qarabağa" portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.
Aysel Əkbər Son.az
İmişli rayonunun Yalavac kənd sakini, 33 yaşlı Şəbnəm Kərimovanın Sabi
Rus Pravoslav Kilsəsinin nümayəndəsi Vitali Rıbakov "İvan Kupala"
ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında tezliklə
Son illər gənclər arasında rəsmi nikah olmadan birlikdə yaşamaq halları
Parisdə Azərbaycan səfirliyinin binasına hücum edən radikal erməni millə
Yaponiyanın "Nissan" şirkəti mühərrik problemləri səbəbindən
Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kə
Hər il yay mövsümündə istirahət üçün su hövzələrinə üz tutanlar b
Son.az "Teen Vogue"a istinadla xəbər verir ki, bu həftənin ən bö
Çin avtomobil istehsalçısı BYD Avropanın elektrikli avtomobil (EV) bazarın
Türkiyəli müğənni İbrahim Tatlısəsin şəxsi həyatı ilə bağlı maraq
Qarındakı piyləri 1 aya azaltmağa kömək edə biləcək 9 faydalı vərdiş
2025-ci il iyulun 8-də, saat təxminən 16:00 radələrində Ermənistan Müdaf
Avropa İttifaqının qərarına əsasən Bolqarıstan 2026-cı il yanvarın 1-
