Ağır QƏZA: VAZ2107 avtobusa ÇIRPILDI FOTO
Digərləri 12 Mar 2025 11:16:00 386 0
Ötən gecə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu xəbəri də oxu: Ramazan ayı bu tarixdə başlayacaq
Son.az oxu.az-a istinadən xəbər verir ki, qəsəbənin 28 May küçəsində "BakuBus"a məxsus sərnişin avtobusu VAZ-2107 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.
"Bu gecə Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 125 nömrəli marşrut xəttinə məxsus avtobus qəzaya düşüb".
Bunu Oxu.Az-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib.
"Ötən gecə saat 21:45-də, Lökbatan qəsəbəsində 28 May küçəsi, 41 ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "BakuBus" MMC-nin istismarında olan 125 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-856 dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan dəyib.
İlkin məlumata əsasən, hadisəyə 77-TF-207 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin sürücüsünün yüksək sürət səbəbindən idarəetməni itirərək dayanacaqda dayanmış vəziyyətdə olan avtobusa arxadan çırpılması səbəb olub.
Hadisə zamanı avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb. Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara dərhal məlumat verilib və araşdırmalara başlanılıb", - deyə qurum rəsmisi qeyd edib.
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti və Ukraynanın Od
Yaponiyada bir kişi son bir il ərzində polisə 4000 dəfədən çox zəng ed
Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi 81 vilayə
Azərbaycan Teatr Xadimləri İttifaqı Xalq artisti Mənsum İbrahimovu təlti
Martın 11-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən ba
Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasına mühüm əhəmiyyət
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlər
ABŞ prezidenti Donald Tramp baş müşaviri və Tesla şirkətinin baş direkto
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 3
ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdı
252 milyon il əvvəl baş verən kütləvi nəsli kəsilmə tədqiqatları haz
Astrologiya sirlərlə doludur və ən maraqlı suallardan biri hansı bürclər
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu jurnalist Ceyhun Əsgərov toksik
Ağsuda 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
