Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması təsdiqləndi
Siyasət 11 İyl 2025 11:40:00 307 0
Prezident İlham Əliyev bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiq edib.
Son.az xəbər verir ki, sənədə əsasən, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq bələdiyyələrin vahid informasiya sistemi yaradılır.
Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir.
Bələdiyyələrin vahid informasiya sistemindən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.
2027-ci il yanvarın 1-dək bələdiyyələr tərəfindən vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişi elektron və kağız formada təqdim edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüsta
Prezident İlham Əliyev "Yaşayış minimumu haqqında" qanunda dəyi
"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində
Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ər
Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının
Rusiyanın Krasnoyarsk şəhərində inşa olunan 25 mərtəbəli yaşayış bin
Türkiyədə "Terrorsuz Türkiyə" prosesində yeni və tarixi mərhə
Rüstəmov Cəlil Abbas oğlu Kəngərli Rayon İcra Hakimiyyəti başçısını
Azərbaycan Prezidenti İlham Əliyev monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsu
Müğənni Əlikram Bayramov itkin düşdükdən 35 gün sonra tapılan qardaş
Fransa Prezidenti Emmanuel Makron bir daha həyat yoldaşı Bricitlə bağlı qa
Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vənda
Baham adalarında superyaxtanın stüardessası cənnət səyahəti zamanı cans
"Könül bacısına zəng edib deyib ki, yoldaşı onu bıçaqla hədələy
Ağdamın Qızıl Kəngərli kəndində bərpa tikinti işləri aparılarkən in
