Zibil kimi atırdıq, indi kiloqramı
Digərləri 14 İyl 2025 12:05:00 320 0
Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. Son.az xəbər verir ki, bir çay qaşığında bir kilo ətə bərabər zülal ehtiva etdiyi bildirilən bu məhsulun kiloqramı hazırda 3 min TL-yə (128 manat) satılır. Bal istehsalçıları bildirirlər ki, arıların bitkilərdən topladıqları tozcuqları pətəklərə daşıyıb fermentasiya etməsi ilə əldə edilən arı çörəyi zəngin amin turşusu və protein tərkibi ilə seçilir. Tərkibində 22-23 növ amin turşusu olan bu qida uşaqların inkişafı, pəhriz saxlayanlar və səhhətini gücləndirmək istəyənlər üçün tövsiyə olunur. 25 ildir arıçılıqla məşğul olan Engin Ekinci bildirir ki, bir neçə il əvvəl arı çörəyi zibilə atılırdı: "Arı çörəyi olmasa, arı da olmaz. Bu, arıların və təbiətin əsas xammalıdır. Müxtəlif çiçəklərdən alınan bu qida ağciyər xəstəlikləri, prostat və oynaq ağrılarına qarşı faydalı hesab olunur" . Hazırda yerli arıçılar bu məhsulun istehsalına maraq göstərir və bazarda artan tələbat səbəbilə qiyməti də yüksəlməkdə davam edir.
Bu xəbəri də oxu: Vəzifəli şəxs vəfat etdi FOTO
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatl
Rusiyanın xalq artisti Aleksandr Mitta 92 yaşında vəfat edib
Dünyanın siyasi xəritəsində geosiyasi plitələr tərpənəndə, bu titrəy
Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifa
Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş veri
Türkiyəli məşhur aktrisa İrem Helvacıoğlu həyat yoldaşından ayrılır.
Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı b
Xəbər verdiyimiz kimi, Humay Əliyeva adlı qız oftalmoloq Cahid Şahbazov t
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Buxarestd
Azərbaycanlı jurnalistlər Qarabağda erməni təcavüzünün qurbanı olub v
Rusiya Dövlət Duması miqrantların ölkəyə daxil olarkən tibbi arayış t
Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin q
Şəhid ailəsi Cəbrayılda qəzaya düşüb, yaralılar var.
Masallı rayonunda qaz təchizatının verilişində fasilə yaranacaq.
