Azərbaycanda 20dən çox platforma operatoru cərimələndi
Digərləri 17 İyl 2025 18:00:00 72 0
İctimai iaşə obyektləri operatorlarla müqavilə bağlayanda həmin müqavilənin "HoReCa" sistemini, yəni otel, restoran, kafe və digər ictimai iaşə məkanlarını əhatə etməsinə əmin olmalıdırlar.
Bu xəbəri də oxu: Bakıda bu məşhur bazarın adı dəyişdi
Mlli.Az xəbər verir ki, bu barədə Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, çünki operator hər hansı televiziya kanalını retranslyasiya edirsə, bu istiqamətdə hüquq əldə edibsə, adi qaydada bu son istifadəçilərə (abonentlərə) aid olur.
"İctimai iaşə obyektlərində retranslyasiya isə ayrıca müqavilə ilə tənzimlənir. Burada məsuliyyəti ictimai iaşə obyekti deyil, ona retranslyasiya xidmətini təqdim edən operator daşımalıdır, çünki müqavilə bağlananda operator həmin iaşə obyekti ilə həmin obyektin xarakterinə uyğun müqavilə bağlamalıdır", - Taleh Quliyev ictimai iaşə obyektlərində pirat yayım vasitəsilə futbol üzrə klublararası dünya çempionatının yayımlanmasına münasibət bildirərkən deyib.
Audiovizual Şuranın rəsmisi qeyd edib ki, Azərbaycan Respublikası ərazisində futbol üzrə klublararası dünya çempionatının yayımı həmin çempionatın yayımını müstəsna yayım hüququ ilə əldə etmiş yayımçılar tərəfindən həyata keçirilirdi. Belə ki, ictimai iaşə obyektlərində bu çempionatın yayımı həmin ictimai iaşə obyekti ilə Audiovizual Şura tərəfindən lisenziya verilmiş platforma operatoru arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin operator tərəfindən retranslyasiya edilə bilərdi: "Əgər hər hansı ictimai iaşə obyekti Audiovizual Şura tərəfindən verilmiş lisenziyaya malik olmayan platforma operatoru ilə müqavilə bağlamadan retranslyasiya xidmətini özü təşkil edirsə, bu halda qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa - görə Audiovizual Şura tərəfindən aidiyyəti qurumlara müraciət olunur".
Taleh Quliyev diqqətə çatdırıb ki, pirat yayımlara qarşı mübarizə sahəsində son illər Audiovizual Şura tərəfindən mühüm addımlar atılmaqdadır: "İlk növbədə xaricdən internet üzərindən yerli bazara daxil olan operatorlara qarşı aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb və 20-ə yaxın xarici operatorun internet informasiya ehtiyatlarına müraciəti məhkəmə qərarı ilə məhdudlaşdırılıb".
Taleh Quliyev onu da qeyd edib ki, Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən operatorların paketlərində həmin operatorun retranslyasiya etməyə hüququ olmayan televiziya kanallarının yayımlanmasının qarşısının alınması istiqamətində də zəruri işlər aparılır.
Növbəli şəkildə aparılan monitorinqlər nəticəsində 20-dən çox platforma operatoruna "Media haqqında" Qanunun 32.4-cü maddəsinin tələbinin (Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir) pozulması faktına görə barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq rayon (şəhər) məhkəmələrinə təqdim olunub, məhkəmələr tərəfindən həmin operatorların hər biri 5000 manat məbləğində cərimə edilib. Hazırda da bu proses davam edir. Son 1 ayda daha 3 operator barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müvafiq rayon (şəhər) məhkəmələrinə təqdim olunub.
Azərbaycan və Qazaxıstan respublikaları müdafiə nazirliklərinin Xüsusi T

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirəda

Müğənni Mətanət Əsədova maraqlı açıqlamalar verib.

Suriyanın cənubunda baş verən toqquşmalar, druz icması və onların region

Türkiyənin Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınlar

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhb

Son zamanlar sosial şəbəkələrdə Xəzər sahillərində peyda olan ilanlarl

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin

Fransa bu gün rəsmi olaraq Senegaldakı son iki hərbi bazasını geri qaytar

Rusiyada fəaliyyət göstərən azərbaycanlı deputat Xalid Tağızadə istefa

Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatının verilişində fasil

Amerikalı müğənni Beyonsun "Kovboy Karter" adlı konsertindən son

Rusiya ordusu bir gündə Ukraynanın üç yaşayış məntəqəsini işğal edi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilər

Ermənistan parlamentinin spikeri Alen Simonyan həyat yoldaşından boşanıb.
