Prezident İlham Əliyev Ağdamın Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib FOTO
Siyasət 18 İyl 2025 13:10:00 51 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib.
Bu xəbəri də oxu: İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.
Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.
Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub. İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib. Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub. Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.
Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunma

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam ş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də "Taba

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.

2022-ci ildən bəri qlobal enerji nizamında təlatümlü bir dəyişiklik baş

Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bi

Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkə

İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış ha

Kəlbəcər - Azərbaycanın ən təbii, ecazkar və zəngin təbiətinə malik

Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız h

İstanbulda universitet tələbəsi, 22 yaşlı Ayşe Tokyazın qətli ilə bağ
