Yayda hansı yeməklərə "hə", hansılara "yox" deməliyik...
Digərləri 18 İyl 2025 20:26:00 52 0
İsti yay günlərində düzgün qidalanma bədənin temperatur tənzimlənməsi, susuzluğun qarşısının alınması və ümumi sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu xəbəri də oxu: Zebra əslində hansı rəngdədir: Qaraağ, yoxsa ağqara?
Bu barədə Modern.az-a açıqlama verən qida sahələri üzrə ekspert Fərid Səfərov bildirib ki, iqlimə uyğun qidalanmaq həm istilərin fəsadlarından qorunmağa, həm də enerjini yüksək saxlamağa kömək edir.
Ekspertin sözlərinə görə, yay mövsümündə menyuda əsas yer tutmalı olan məhsullar su və su tərkibli qidalardır:
"Bu dövrdə su, ayran, mineral sular, eyni zamanda qarpız, yemiş, xiyar, pomidor kimi tərkibində 90 faizdən çox su olan məhsullar mütləq istifadə edilməlidir. Bədəni toksinlərdən təmizləmək üçün doğranmış meyvə ilə hazırlanmış detoks suları da faydalıdır".
Fərid Səfərov yüngül zülallı yeməkləri də yayda üstünlük verilməsi vacib olan məhsullar sırasında qeyd edib:
"Toyuq, balıq, qaynadılmış yumurta, az yağda bişmiş paxlalılar, məsələn, mərcimək salatı, həm orqanizmə yüngüldür, həm də zəruri zülalları təmin edir".
Ekspert təzə meyvə və tərəvəzlərin də yay süfrəsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb:
"Şaftalı, ərik, gilas, albalı, moruq və tərəvəz salatları - bol limon, az duz və zeytun yağı ilə ideal seçimdir. Həmçinin dovğa, badımcan və lobya salatları, bulqur və qarabaşaqla hazırlanan yüngül salatlar yay üçün çox uyğundur. Ayran, kefir və qatıq da bağırsaq florası üçün faydalıdır".
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı fəaliyyətini artı

ASAN Radio və ASAN TV-in baş redaktoru Elvin Dəmirli bu media qurumlarındak

Bu gün Bakının Səbail rayonunun bəzi hissələrində yenidənqurma işləri

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

İyulun 16-da təhsil işçiləri üçün hazırlanmış "TəhsilPlus"

Yasamal Rayon Məhkəməsində həyat yoldaşını güllələməkdə təqsirlən

2025-ci il iyulun 18-də "Badamdar" mehmanxanasında "Konstitusiy

"Bir neçə gün sonra Azərbaycan Milli Mətbuatı 150 illik şərəfli v

Birləşmiş Krallıqda genetik xəstəliklərin qarşısını almaq məqsədil

Tanınmış meyxanaçı Aydın Saninin restoranında yaşanan hal müzakirələr
