Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Siyasət 19 İyl 2025 21:34:00 75 0
Əbu-Dabidə müzakirə etdiyimiz mövzulardan biri tərəflər arasında etimadın aşağı səviyyədə olması idi ki, bu da tamamilə anlaşılandır. Bizə gəldikdə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə "Qarabağ bizim torpağımızdır!" dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm. Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir qarantiya var?...Mənim belə bir təminatım yoxdur. Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır.
Bu xəbəri də oxu: Prezident: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün ATƏT-in Minsk qrupu ləğv edilməlidir. O qeyd edib: "Məntiq sadədir. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, - Minsk qrupu isə Qarabağ münaqişəsi üçün yaradılmışdı, - demək, onu ləğv etmək lazımdır. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın".
Azərbaycan Prezidenti deyib ki, sülh sazişinin mətni razılaşdırılıb, bu sənədin paraflanması ideyasını da Azərbaycan tərəfi irəli sürüb. "Prinsipcə, dediyim kimi, biz tabutun üzərini dəmir-betonla qapatmaq və bundan sonra normal yaşamaqdan uzaqda deyilik. Mən bunu əvvəlki görüşlərdə də demişəm: siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq. Ancaq belə olan təqdirdə Cənubi Qafqazda az-çox məqbul situasiya tədricən yarana bilər ki, nəhayət üç ölkə heç olmasa hər hansı əməkdaşlıq imkanlarını müzakirə etməyə başlaya bilsin". Son.az
Buraya (Azad olunan torpaqlara - red.) qayıdan insanların sayı artır və bun

Düşünürəm ki, Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə bir

Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planlar

Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu g

Yalnız bir neçə avtomobil modeli qiymət, keyfiyyət və funksionallıq balan

Aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var. Onların bir

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki

Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğı

Amazon-un qurucusu və dünyanın ən varlı insanlarından biri olan Jeff Bezos

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkl

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Suriya separatçı layihələr üçün meydan deyil.

Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etm

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları il

Yay fəslinin ən isti ayları olan iyul və avqust, bəzi bürclər üçün yal
