Gənclərdə “qocalmış ürək” əlamətləri: kardioloq xəbərdarlıq edir
Digərləri 21 İyl 2025 03:03:00 240 0
Rusiyalı kardioloq Yevgeni Kokin "İzvestiya"ya verdiyi açıqlamada 35 yaşdan aşağı insanlarda müşahidə olunan ürək problemləri barədə danışıb.
Bu xəbəri də oxu: Evimizdəki gizli düşmən Vaxtsız ölümlərin səbəbi...
Son.az xəbər verir ki, onun sözlərinə görə, bəzi simptomlar gənc yaşda belə "qocalmış ürək" sindromuna işarə edə bilər.
Kokin qeyd edib ki, istirahətdən sonra belə yorğun oyanmaq, enerji itkisi və halsızlıq təkcə sadə yorğunluq deyil, ürək çatışmazlığının göstəricisi ola bilər. Bu vəziyyətdə ürək qanı tam dövr etdirmək qabiliyyətini itirir, orqanlara oksigen və qida çatdırmaqda çətinlik çəkir.
Angina (ürək ağrısı) zamanı isə adi gəzinti və ya pilləkən qalxarkən döş qəfəsində yanma və ağrı hiss olunur. Bu ağrılar qısa istirahətdən sonra və ya nitroqliserin qəbulundan sonra keçir. Həkim xüsusilə fiziki aktivlik zamanı və ya üfüqi vəziyyətdə nəfəs darlığı yaranmasını təhlükəli simptom adlandırıb. Gecə yaranan təngnəfəslik hücumları isə daha ciddi problemlərə işarədir.
Kokin ürək ritminin pozulması kimi simptomlara tez-tez ürəkdöyünməsi, döş qəfəsində titrəmə, fasilələrlə döyüntü və narahatlıq hissini də əlavə edib. Onun sözlərinə görə, aritmiyalar təkcə ürək xəstəlikləri deyil, həm də qalxanabənzər vəzin disfunksiyası, stress, zəhərlənmə və spirtli içkilərdən sui-istifadə ilə əlaqəli ola bilər.
Kardioloq vurğulayıb ki, ürək xəstəlikləri Rusiyada ölümün əsas səbəblərindən biridir və "ürəyin qocalması" yalnız yaşla deyil, həyat tərzi ilə bağlıdır./e-saglam.az
Son zamanlar bir çox insan gecə saatlarında əllərində və ayaqlarında yan
Müasir həyat tərzi və düzgün olmayan qidalanma vərdişləri səbəbindən
Türkiyədə Ağrıdan İzmirə hərəkət edən sərnişin avtobusu, yağış
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu evinin görüntüsünü paylaşıb.
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco
Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasının eyvanında müba
Kayserinin Melikqazi rayonunda yerləşən məsciddə ürəkağrıdan qətl hadi
Tikinti üçün plana düşən ərazilərdə vətəndaşların bir qismi kompens
Müğənni Rəqsanə İsmayılova növbəti dəfə boşanma iddialarından danı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqı və ölkə baş
Paytaxtın Suraxanı rayonu, Zığ-Hövsan avtomagistralının yaxınlığında
