İlham Əliyev jurnalistlərin vacib suallarına səmimi cavablar verib Litvalı jurnalist
Digərləri 21 İyl 2025 14:09:00 81 0
Prezident İlham Əliyevlə dialoq jurnalistlərdə dərin təəssürat oyatdı.
Bu xəbəri də oxu: Xaricdə təhsil alanlara xəbərdarlıq!
Bunu Trend-ə Litvanın Jurnalistlər İttifaqının üzvü Riçardas Lapaytis 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində bildirib.
Lapaytis forumun nəticələrini yüksək qiymətləndirib, xüsusilə jurnalistlərin Azərbaycan Prezidenti ilə görüşünü mühüm hadisə kimi qeyd edib. Onun sözlərinə görə, dövlət başçısının səmimiyyəti onda dərin təəssürat yaradıb.
"Məni həm jurnalist, həm də insan olaraq Prezident İlham Əliyevin cavabları çox təsirləndirdi. Dövlət başçılarından belə səmimi cavabları çox nadir hallarda eşidirəm. Xüsusilə də Prezident İlham Əliyevin "Heç vaxt işğalla razılaşmayın" sözləri bütün ədalətli məqsəd uğrunda mübarizə aparanlara aiddir", - deyə o vurğulayıb.
Lapaytis 30 illik aradan sonra ilk dəfə Xocalıya qayıtdığını diqqətə çatdırıb. O, 1992-ci ildə baş verən faciəvi hadisələrin şahidi olub və həmin dövrdə bölgədə xarici jurnalistlərlə birlikdə çalışıb.
"Mən azərbaycanlılara qarşı soyqırımının şahidi olmuşam. Biz Xankəndi, Şuşa, Əsgəran istiqamətində hərəkət edirdik. Gecə insanlar qaçmağa çalışarkən Qarqarçayın o tayını görmüşdüm. Sağ qalanların danışdıqlarında heç bir şişirtmə olmadığını başa düşdüm. Hələ ola bilsin, onlar bütün dəhşətləri tam şəkildə ifadə edə bilməmişdilər", - deyə jurnalist bildirib.
Dünən aeroport yolu kimi tanınan şosedə ağır yol qəzası baş verib.

Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident

Azərbaycanın ən böyük müstəqil xəbər agentliyi olan Trend BİA dünya m

Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şək

Ukrayna Nazirlər Kabineti ötən il yaradılmış Milli Birlik Nazirliyini, Str

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğun qiymətləndirilməsi sa

Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəh

Qarabağ Universiteti ilə bağladığımız əməkdaşlıq barədə razılaşma

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avton

Avroviziya təmsilçimiz Nadir Rüstəmliyə ağır itki üz verib.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikililər sökülüb

"Bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib&qu

Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində
