Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası təsdiqləndi


Siyasət 21 İyl 2025 14:39:00 70 0

Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Son.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda edilən dəyişikliyə əsasən, hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınır.

Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadan başlandığı halda, borclunun iflas prosesinin başlanması barədə qərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasında başlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 15 gündən gec olmayaraq, ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflas prosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elan olunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhür təqdim olunmalıdır. Dəyişiklik bu Qanunun 11.3.1-ci və 11.3.1-1-ci maddələrinin tələblərinə zidd olmadıqda, bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə qeydiyyata alınır.

Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi ilə yekunlaşmadıqda, iflas prosesinə xitam verilmə tarixindən 15 gün müddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərar və üzərində "iflas prosesində olan" yazılmış möhür təqdim olunmaqla, həmin fakt bu Qanunun 9-2.2-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır.

Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində bu Qanunun 16.1-1.1-ci, 16.2.3-cü və 16.2.3-1-ci maddələrində nəzərdə tutulmuş sənədlərlə və bu Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində "iflas prosesində olan" yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Son.az

Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirildi like
  • 21 İyl 14:38  
Siyasət Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirildi

Prezident İlham Əliyev "Təhsil haqqında" və "Məktəbəqəd

arrow Ətraflı
Çimərliyə gedənlərə xəbərdarlıq  Yeni virus yayılıb like
  • 21 İyl 14:37  
Digərləri Çimərliyə gedənlərə xəbərdarlıq Yeni virus yayılıb

İsti dənizlərdə inkişaf edən vibrio bakteriyaları açıq yaralardan daxil

arrow Ətraflı
Xaricdə “Abu Malik” adı ilə vətəndaşlarımızı tutdururdu  DTX həbs etdi like
  • 21 İyl 14:36  
Digərləri Xaricdə “Abu Malik” adı ilə vətəndaşlarımızı tutdururdu DTX həbs etdi

Azərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaş

arrow Ətraflı
Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq like
  • 21 İyl 14:30  
Digərləri Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq

SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşıs

arrow Ətraflı
Sərdar Ortaç mirasını onlara verəcək  “Nə övlad, nə ailə...” like
  • 21 İyl 14:25  
Şou-biznes Sərdar Ortaç mirasını onlara verəcək “Nə övlad, nə ailə...”

Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç səhhəti və şəxsi həyat

arrow Ətraflı
Ərdoğan: Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir like
  • 21 İyl 14:21  
Digərləri Ərdoğan: Azərbaycan Prezidenti Zəngəzur dəhlizinə böyük önəm verir

Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, reg

arrow Ətraflı
İki gün meşədə qalandan sonra Ağdama gedə bildik  Xocalıdan məcburi köçkün düşmüş qadın like
  • 21 İyl 14:15  
Digərləri İki gün meşədə qalandan sonra Ağdama gedə bildik Xocalıdan məcburi köçkün düşmüş qadın

İyulun 21-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verə

arrow Ətraflı
İlham Əliyev jurnalistlərin vacib suallarına səmimi cavablar verib  Litvalı jurnalist like
  • 21 İyl 14:09  
Digərləri İlham Əliyev jurnalistlərin vacib suallarına səmimi cavablar verib Litvalı jurnalist

Prezident İlham Əliyevlə dialoq jurnalistlərdə dərin təəssürat oyatdı.

arrow Ətraflı
Aeroport yolundakı ağır qəzanın like
  • 21 İyl 14:06  
Digərləri Aeroport yolundakı ağır qəzanın

Dünən aeroport yolu kimi tanınan şosedə ağır yol qəzası baş verib.

arrow Ətraflı
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR like
  • 21 İyl 14:00  
Digərləri Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR

Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident

arrow Ətraflı
Cəlilabadda göldə balıqlar kütləvi tələf oldu  FOTO like
  • 21 İyl 13:48  
Digərləri Cəlilabadda göldə balıqlar kütləvi tələf oldu FOTO

Cəlilabad rayonu ərazisindəki göllərdən birində balıqlar kütləvi şək

arrow Ətraflı
Ukraynada nazirliklər ləğv edildi like
  • 21 İyl 13:44  
Dünya Ukraynada nazirliklər ləğv edildi

Ukrayna Nazirlər Kabineti ötən il yaradılmış Milli Birlik Nazirliyini, Str

arrow Ətraflı
Bakıda hənbəlilik məzhəbini yaymaq istədi like
  • 21 İyl 13:42  
Digərləri Bakıda hənbəlilik məzhəbini yaymaq istədi

Türkiyədən Azərbaycana hənbəlilik dini məzhəbinə dair qadağan olunmuş

arrow Ətraflı
Azərbaycanda bu ekspertlərə yüksək məbləğdə pul veriləcək  SİYAHI like
  • 21 İyl 13:29  
Digərləri Azərbaycanda bu ekspertlərə yüksək məbləğdə pul veriləcək SİYAHI

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğun qiymətləndirilməsi sa

arrow Ətraflı