Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür


Digərləri 22 İyl 2025 00:02:00 68 0

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.

Son.az xəbər verir ki, XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub

"Əkinçi"nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş "Əkinçi" qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin "Əkinçi"nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.

Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur like
  • 22 İyl 00:01  
Digərləri Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Rusiyada ardarda güclü zəlzələlər oldu like
  • 21 İyl 23:54  
Digərləri Rusiyada ardarda güclü zəlzələlər oldu

Rusiyanın Kamçatka vilayətində ardıcıl zəlzələlər qeydə alınıb.

arrow Ətraflı
RusiyaUkrayna danışıqları bu tarixdə baş tutacaq like
  • 21 İyl 23:40  
Dünya RusiyaUkrayna danışıqları bu tarixdə baş tutacaq

İyulun 23-də Türkiyədə Ukrayna və Rusiya arasında danışıqların yeni r

arrow Ətraflı
AZALın təyyarəsini vuranın like
  • 21 İyl 23:20  
Digərləri AZALın təyyarəsini vuranın

2024-cü ilin dekabrında Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin

arrow Ətraflı
Razılıq əldə olundu  “Patriot”lar Ukraynaya göndərilir like
  • 21 İyl 23:14  
Dünya Razılıq əldə olundu “Patriot”lar Ukraynaya göndərilir

Almaniya yaxın vaxtlarda iki "Patriot" hava hücumundan müdafiə sis

arrow Ətraflı
İsti havada səhnə geyimi bəyənilmədi like
  • 21 İyl 22:58  
Şou-biznes İsti havada səhnə geyimi bəyənilmədi

Türkiyəli müğənni Sibel Can bu dəfə geyimi ilə gündəmə gəlib.

arrow Ətraflı
"Şakir Paşa ailesi" ilə bağlı qərar verildi like
  • 21 İyl 22:28  
Şou-biznes "Şakir Paşa ailesi" ilə bağlı qərar verildi

"Şakir Paşa Ailesi" serialının 2-ci mövsümü çəkilməyəcək.

arrow Ətraflı
Yuxusuzluqdan əziyyət çəkənlər nə etməlidir?  Dietoloqlardan məsləhət like
  • 21 İyl 22:14  
Digərləri Yuxusuzluqdan əziyyət çəkənlər nə etməlidir? Dietoloqlardan məsləhət

Ağlınız sakitləşmədikdə və bədəniniz rahatlaşmadıqda yatmaq çətind

arrow Ətraflı
İstirahət üçün adalar: Nüfuzlu analitiklər 5 ən yaxşını açıqladı like
  • 21 İyl 22:00  
Digərləri İstirahət üçün adalar: Nüfuzlu analitiklər 5 ən yaxşını açıqladı

Dünya üzrə turistlər arasında ada istirahətinə maraq artdığı üçün e

arrow Ətraflı
Avtobus sürücüsü sükan arxasında pivə içib? like
  • 21 İyl 21:52  
Digərləri Avtobus sürücüsü sükan arxasında pivə içib?

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.

arrow Ətraflı
ABŞda gələcəyin kvant kompüterləri üçün əsas ola biləcək unikal çip yaradıldı like
  • 21 İyl 21:46  
Digərləri ABŞda gələcəyin kvant kompüterləri üçün əsas ola biləcək unikal çip yaradıldı

ABŞ-ın Boston şəhərində alimlər gələcəkdə kvant kompüterlərinin gen

arrow Ətraflı
Qalmaqallı meneceri yarı yolda qoyanlardan biri də o oldu like
  • 21 İyl 21:30  
Şou-biznes Qalmaqallı meneceri yarı yolda qoyanlardan biri də o oldu

Türkiyəli aktrisa Pınar Deniz meneceri Ayşe Barımın sahibi olduğu "

arrow Ətraflı
Bu rayonda qaz olmayacaq like
  • 21 İyl 21:10  
Digərləri Bu rayonda qaz olmayacaq

Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yara

arrow Ətraflı
Balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı like
  • 21 İyl 20:58  
Digərləri Balıqların kütləvi ölümünün ilkin səbəbi açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad rayonunun Pərdi kəndində yerləş

arrow Ətraflı