Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı
Siyasət 22 İyl 2025 09:28:00 318 0
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni "Truth Social" platformasındakı hesabında paylaşıb.
Bu xəbəri də oxu: "1 il 8 aydırki ErmənistanAzərbaycan sərhədində əsgər həlak olmayıb"
Son.az xəbər verir ki, paylaşımda Prezident İlham Əliyevin Tramp haqqında söylədiyi müsbət fikirlərə yer verilib.
Forum zamanı çıxış edən Azərbaycan Prezidenti qeyd edib:
"Mən Trampın seçkidə qalib gələcəyini proqnozlaşdırmamışdım. Sadəcə olaraq bildirmişdim ki, onun bizim kimi ailə və digər fundamental dəyərləri bölüşməsi nəzərə alınarsa, bu, Azərbaycan xalqı üçün daha əlverişli olardı. Tramp müharibələrə başlamayan yeganə ABŞ Prezidentidir. Eyni zamanda, qısa müddətlik prezidentliyi dövründə bir sıra müharibələrə son qoyduğu da aydın şəkildə görünür. Biz onun, Cənubi Qafqazda - Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk. Beynəlxalq təhlükəsizliklə bağlı daha geniş məsələlərlə məşğul olmasına baxmayaraq, bölgəmizə də diqqət ayırıb. Əlbəttə, onun növbəti dəfə qələbə qazanması Azərbaycan üçün bir çox səbəblərdən sevindirici olardı. Təbii olaraq, arzulayırıq ki, Tramp başladığı işi sona çatdırsın və "Vaşinqton bataqlığını" tamamilə qurutsun".
Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülü
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
İstanbulda sevgilisi, keçmiş polis əməkdaşı Cemil Koç tərəfindən öld
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında 22 iyul - Mill
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens yay məzuniyy
2025-ci ilin aprel ayında ABŞ-nin Yellowstone Milli Parkında çalışan geolo
Yayın sevilən və təravətləndirici meyvəsi olan qarpız düzgün yuyulmada
Məşhur bolqar görücü Vanqa və braziliyalı ekstrasens Athos Salome 2025-ci
Moruq bağırsaq sağlamlığı üçün ən ideal meyvə elan edilib.
Tanınmış rejissor və aktyor Hamdi Alkan dördüncü dəfə nikah masasına o
2024-cü il iyulun 20-də Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.
Türkiyədə xına gecəsində ərini qısqanan gəlin xınanı bəyin əlinə
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Rusiyanın Kamçatka vilayətində ardıcıl zəlzələlər qeydə alınıb.
