Əməliyyat zamanı çəkiliş: Həkimə töhmət, baş həkimə xəbərdarlıq...
Digərləri 24 İyl 2025 14:15:00 381 0
Mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi 4C ünvanında yerləşən "Health Group" MMC-yə (Medipoint klinikası) məxsus tibb müəssisəsində növbədənkənar (plandankənar) yoxlama həyata keçirilib.
Bu xəbəri də oxu: Kəskin istilər gəlir Bakıda 26 dərəcə olacaq
Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, yoxlama zamanı 07 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi (ketçinq) və diaqnostik histeroskopiya əməliyyatı icra edilməsi müəyyən olunub. Ambulator müşahidə kartında və əməliyyatların qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb.
Eyni zamanda, yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib.
Araşdırmanın nəticəsi olaraq, həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub.
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün
202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrind
Sabiq deputat Xanhüseyn Kazımlının ölümünün səbəbi bilinib.
Prezident İlham Əliyev kənd təsərrüfatı məhsullarının istehsalı və e
1984-cü ildə Almaniyada törədilən qətldə şübhəli bilinən və bu səb
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq
Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla rekla
Masallıda pomidorun todansatış qiyməti kəskin ucuzlaşıb.
Azərbaycanda iyulun 25-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) piyada səkisini parki
Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yeni rəis təyin olu
İsrailin Şin Bet kəşfiyyat agentliyi baş nazir Binyamin Netanyahuya əldəq
Türkiyənin məşhur iqtisadiyyat yazarlarından biri olan Nazlı Sarp vəfat e
Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.
