Soyuq hava gəlir Temperatur enəcək
Digərləri 28 İyl 2025 11:37:00 68 0
Avqust ayında region ölkələrində havaların sərin və yağıntılı keçəcəyi proqnozlaşdırılır. Bildirilir ki, temperatur enə, güclü külək müşahidə oluna bilər. Bu konteksdə METEO proqnoz mərkəzinin sinoptikçisi Aleksandr İlyinin fikirləri diqqət çəkib. O qeyd edib ki, növbəti ayın əvvəlində Moskvaya soyuq hava qayıdacaq.
Bu xəbəri də oxu: Qəbələdə itkin düşən şəxsdən xəbər var
Sitat: "Avqustun 1-nə keçən gecə yağış və tufanla müşayiət olunan soyuq atmosfer cəbhəsinə keçid ediləcək. Nəticədə gündüz temperatur təxminən +20 dərəcəyə qədər soyuyacaq. Gecə 13-15 dərəcə isti olacağı gözlənilir".
Bu soyuq hava kütlələri Azərbaycana da təsir edə bilərmi?
Son.az xəbər verir ki, "Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, avqust ayı üçün verilən proqnoz ümumilikdə nikbin xarakter daşıyır:
"Proqnozlar çoxillik müşahidələr və orta illik, aylıq temperatur göstəriciləri əsasında hazırlanır. İstiliyin yaratdığı diskomfortdan qaçmaq, xüsusilə həssas insanlar üçün arzuolunandır. Buna görə də sərin hava şəraitinin olması məqsədəuyğundur. Avqust yay mövsümünün orta aylarındandır və Yer kürəsinin mövqeyi ilə əlaqədar olaraq isti hava şəraiti gözləniləndir. Lakin anomaliyalar hər zaman baş verə bilir. Xüsusən də iqlim böhranı fonunda, arktik hava kütlələrinin qısa müddətə mülayim və tropik qurşaqlara dalışı son dövrlərdə müşahidə etdiyimiz bir fenomendir".
Ekoloq qeyd edib ki, bu cür dəyişikliklərin kənd təsərrüfatı sahəsində, xüsusilə dağ və dağətəyi rayonlarda, yağıntılar və sel kimi fəsadlara, müəyyən ziyanlara yol açması mümkündür:
"Amma indidən konkret bir proqnoz vermək çətindir, çünki hər il bu tip hava məlumatları verilir. Ən dəqiq proqnozlar isə minimum bir həftə, 10 gün əvvəl dəqiqləşir. İqlim böhranı fonunda onu demək olar ki, bu il avqust ayında keçən illərlə müqayisədə ciddi bir fərq olmayacaq".
Hazırda Yaşıl və Qırmızı xətlər üzrə 30 yeni, 29 köhnə nəsil qatar

Rusiya İstintaq Komitəsinin müstəntiqləri bloger Suboya (Sübhan Məmmədov

Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində boğulma hadisəsi baş verib

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia B

Dünən Bakı beynəlxalq dünya mədəniyyət sahəsinin diqqət mərkəzind

Teleaparıcı Leyla Quliyeva paylaşımı ilə diqqət çəkib..

"Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşo

Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bu ilin may ay

Bakı şəhərində su problemi müşkül məsələyə çevrilib.

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən bəbəxt hadisə baş veri

İlk baxışda bu, sadəcə bir rəy sorğusu kimi görünə bilər. Amma 71 fai

Rusiyanın Amur bölgəsində "An-24" təyyarəsinin qəzaya uğramas

Son zamanlar anamın səhhətində narahatlıq var idi.

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.
