İlqar Mustafayevin məhkəməsi başladı


Digərləri 28 İyl 2025 20:18:00 96 0

İlqar Mustafayevin məhkəməsi başladı

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin və onunla birgə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.

İlqar Mustafayevlə yanaşı, onun köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayev də mühakimə olunur. Onlardan yalnız Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri sərbəst mühakimə edilir.

Bu gün keçirilən hazırlıq iclasında prokurorun ittiham aktını elan etməsi gözlənilsə də, iş vaxtı bitdiyindən bu, mümkün olmayıb. Yalnız keçmiş sədrin vəkili İsmayıl Kəngərlinin vəsatəti qısa şəkildə müzakirə olunub.

Vəkilin sözlərinə görə, ittiham aktında Bulvar ərazisindəki üç gəmi - "Mirvari", "Şəfəq" və "Xəzri"də daşınan sərnişinlərin sayı ilə bağlı ciddi ziddiyyətlər var:

"İş materiallarında qeyd olunur ki, 2020-ci ilin iyun ayında yalnız gəmilərdə ümumilikdə 7 min nəfər daşınıb". 

Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Habil Abbasov tərəfindən "Dənizkənarı Bulvar İdarəsi" PHŞ-ə məxsus "Mirvari" və "Şəfəq" gəmiləri ilə bağlı təqdim edilmiş məlumatlarda "Mirvari" gəzinti gəmisi tərəfindən 2018-ci il ərzində 647 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 168.192 nəfər, 2019-cu il ərzində 460 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 124.932 nəfər, 2020-ci il ərzində 106 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 12.827 nəfər olduğu göstərilib.

Bu rəqəmlər inandırıcı deyil. Həmin dövr sərt karantin rejimi tətbiq olunmuş illərə təsadüf edir. İnsanlar evdən belə çıxa bilmirdilər. Belə olan halda bu qədər sərnişinin daşınması mümkün deyildi".

İsmayıl Kəngərli ittihamların obyektiv araşdırılması üçün zərərçəkmiş qurumdan əlavə sənədlərin məhkəməyə təqdim olunmasını istəyib. Vəsatət baxılmamış saxlanılıb.

Növbəti məhkəmə iclası avqustun 18-nə təyin edilib.

Qeyd edək ki, İlqar Mustafayev ötən ilin sentyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb. Son.az 

Şəhidin son əmanəti illər sonra ailəsinə təhvil verildi like
  • 28 İyl 20:00  
Digərləri Şəhidin son əmanəti illər sonra ailəsinə təhvil verildi

Sosial şəbəkədə yayılan video görənlərə kövrək anlar yaşadıb.

arrow Ətraflı
Fransa Milli Assambleyasının qətnaməsi: Neokolonial maraqların növbəti ifşası like
  • 28 İyl 19:46  
Siyasət Fransa Milli Assambleyasının qətnaməsi: Neokolonial maraqların növbəti ifşası

İyulun 22-də Fransa Milli Assambleyasında "Respublikaçılar" Parti

arrow Ətraflı
Əxlaq müharibəsi başladı   Nigar Camal qalmaqalı böyüyür like
  • 28 İyl 19:35  
Şou-biznes Əxlaq müharibəsi başladı Nigar Camal qalmaqalı böyüyür

Tanınmış müğənni Nigar Camalın səhnə geyimi sosial şəbəkələrdə ge

arrow Ətraflı
DTX imtahan şəbəkəsini ifşa etdi  Saxlanılanlar var like
  • 28 İyl 19:11  
Digərləri DTX imtahan şəbəkəsini ifşa etdi Saxlanılanlar var

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqs

arrow Ətraflı
“Aeroflot”un sisteminin çökməsi Bakı aeroportunun işinə təsir etməyib  AÇIQLAMA like
  • 28 İyl 19:09  
Digərləri “Aeroflot”un sisteminin çökməsi Bakı aeroportunun işinə təsir etməyib AÇIQLAMA

Rusiyanın "Aeroflot" hava yolları şirkətinin informasiya sistemind

arrow Ətraflı
"Bu orqanlarda xərçəng səssiz inkişaf edir" like
  • 28 İyl 19:00  
Digərləri "Bu orqanlarda xərçəng səssiz inkişaf edir"

Bəzi orqanlarda xərçəng səssiz inkişaf edir.

arrow Ətraflı
Şəkidə ağır qəza  ölən və yaralananlar var like
  • 28 İyl 18:50  
Digərləri Şəkidə ağır qəza ölən və yaralananlar var

Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayon

arrow Ətraflı
Bu işdə çalışanlar da vaxtından əvvəl pensiyaya çıxacaq like
  • 28 İyl 18:48  
Digərləri Bu işdə çalışanlar da vaxtından əvvəl pensiyaya çıxacaq

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı g

arrow Ətraflı
Bakıda məşhur futbolçunun evindən oğurluq  Keçmiş vəzifəli xanım saxlanıldı like
  • 28 İyl 18:36  
Kriminal Bakıda məşhur futbolçunun evindən oğurluq Keçmiş vəzifəli xanım saxlanıldı

Bakıda məşhur futbolçu Cavid Tağıyevin evindən oğurluq edən qadın məh

arrow Ətraflı
Əvvəllər raket sınaqları aparılırdı, indi kurort kompleksidir  FOTO like
  • 28 İyl 18:12  
Digərləri Əvvəllər raket sınaqları aparılırdı, indi kurort kompleksidir FOTO

Şimali Koreyada əvvəllər raket sınaqlarının aparıldığı ərazidə ku

arrow Ətraflı
Oğlunun vəfatından öncə yazdığı məktubu ÜZƏ ÇIXARDI like
  • 28 İyl 18:00  
Şou-biznes Oğlunun vəfatından öncə yazdığı məktubu ÜZƏ ÇIXARDI

Müğənni İbrahim Borçalı dünyasını dəyişən oğlu Rəhimin vəfatında

arrow Ətraflı
Çinə ittiham, Rusiyaya ultimatum  Trampın məqsədi nədir? like
  • 28 İyl 17:50  
Digərləri Çinə ittiham, Rusiyaya ultimatum Trampın məqsədi nədir?

ABŞ-nin BMT-dəki səfiri Doroti Şi BMT Təhlükəsizlik Şurasında çıxış

arrow Ətraflı
Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb like
  • 28 İyl 17:48  
Siyasət Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

Bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının bir sıra d

arrow Ətraflı
Bu işdə çalışanlar da vaxtından əvvəl pensiyaya çıxacaq like
  • 28 İyl 17:43  
Digərləri Bu işdə çalışanlar da vaxtından əvvəl pensiyaya çıxacaq

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı g

arrow Ətraflı
Əli Əsədov qərar imzaladı like
  • 28 İyl 17:41  
Digərləri Əli Əsədov qərar imzaladı

"Bir pəncərə" prinsipinə əməl edilməklə, ölkəyə idxal oluna

arrow Ətraflı