Tarif Şurası işıq pulu ilə bağlı QƏRAR VERƏCƏK 1 manatdan artıq olmayacaq
Digərləri 29 İyl 2025 10:26:00 87 0
Prezident İlham Əliyevin sərəncamı ilə "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliklər qüvvəyə minib.
Son.az xəbər verir ki, dəyişikliklərə əsasən, elektrik enerjisində sabit tarif tətbiq ediləcək.
Qanuna əsasən, sabit tarif elektrik enerjisi istehlak səviyyəsindən asılı olmadan, hər bir istehlakçı üçün aylıq ödənilən sabit məbləğdir. Bu tarif enerji təchizatı şəbəkəsinə qoşulan istifadəçilərin müəyyən sabit xərcləri qarşılamaq məqsədilə tətbiq olunur. Sabit tarifin əsas məqsədi vətəndaşın elektrik enerjisindən istifadə edib-etməməsindən asılı olmayaraq, aylıq sabit bir ödəniş etməsidir. Yəni, mənzildə yaşamayan vətəndaşlar da sabit tarif çərçivəsində müəyyən məbləğ ödəyəcəklər. Bu tarif istehlak həcminə bağlı deyil və istehlakçının kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək. Toplanan vəsait isə paylayıcı sistem operatorunun bəzi sabit xərclərinin ödənilməsinə yönəldiləcək. Energetika nazirinin müavini Orxan Zeynalovun parlamentdə verdiyi məlumata görə, sabit tarifin məbləği hər abonent üçün aylıq 1 manatdan artıq olmayacaq. Tarifin dəqiq məbləğini Tarif Şurası müəyyən edəcək. Qeyd edək ki, "Elektroenergetika haqqında" qanuna edilən dəyişikliyə əsasən, 9.2-ci maddəyə (tənzimlənən qiymət və tariflər) sabit tarif də əlavə olunub (9.2.6 bəndi). Eyni zamanda, qanunun 42.5.6-cı maddəsinə görə, bu tarifləri müəyyən etmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına, yəni Tarif Şurasına məxsusdur. Bu orqan Prezident İlham Əliyevin 2023-cü il tarixli fərmanı ilə müəyyən edilib. Hazırda sabit tarifin rəsmi məbləğinin müəyyən edilməsi üçün Tarif Şurasının qərarı gözlənilir. Asya Son.azRusiyanın Krasnoyarsk vilayətində mobil internet məhdudlaşdırılıb.

Qəbələ rayonunun Əmili kəndində 285 abonentin qaz təchizatı dayandırıl

Müğənni Afət Fərmanqızı özünə yeni dəbdəbəli villa alıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyul tarixindən etibarən valyuta məzən

Xalq artisti, mərhum aktyor Həsən Məmmədovun oğlu Əvəz Məmmədov 57 ya

Dənizdə çimərkən batan şəxsin çeyiti Xaçmaz ərazisində tapılıb.

"Elgizlə izlə" verilişində Əməkdar artist Nüşabə Ələsgərli

İyulun son günləri bürcün dörd əlaməti üçün xoşbəxtliyin bir hissə

Avtomobil alarkən ailə üzvlərinin təhlükəsizliyi, rahatlığı və günd

"Əgər kasıb ailədə doğulmusansa, bu sənin səhvin deyil, qayınatan

Yayın gəlməsi ilə ilanların üzə çıxması daha da artır. Bu da müəyy
