"Günəşi qaraltma" planı: ABŞnin gizli iqlim təcrübəsi üzə çıxdı
Digərləri 31 İyl 2025 06:06:00 366 0
ABŞ-da bir qrup tədqiqatçı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə "Günəş işığını azaltma" texnologiyaları üzərində milyonlarla dollarlıq gizli bir layihə planlayıb.
Bu xəbəri də oxu: Türkiyədə 6,1 bal gücündə zəlzələ oldu
Son.az "Politico"ya istinadən xəbər verir ki, layihə ictimaiyyətdən və yerli idarəetmələrdən gizli şəkildə aparılıb.
Layihə çərçivəsində okean üzərinə duzlu su aerozolları püskürdürülərək buludların parlaqlaşdırılması və bununla da günəş şüalarının geri əks etdirilməsi planlaşdırılıb. Bu texnologiya, günəş geomühəndisliyi adlanan metodların bir hissəsidir və qlobal istiləşmənin azaldılması hədəflənir.
2023-cü ildə San-Fransisko Körfəzində həyata keçirilən və cəmi 20 dəqiqə davam edən bir sınaq, Vaşinqton Universitetinin rəhbərliyində həyata keçirilib. Bu, daha böyük miqyaslı layihənin ilk addımı idi. Universitetin "Dəniz Buludlarını Parlatma Proqramı" sənədlərinə əsasən, gələcək sınaqların Şimali Amerika, Çili və ya Cənubi Afrikanın qərb sahillərində 10 min kvadrat kilometrə yaxın sahədə keçirilməsi planlaşdırılıb.
Araşdırma qrupunun sınaqları ictimaiyyətə açıqlamamasının əsas səbəbi texnologiyanın hələ erkən mərhələdə olması və ictimai reaksiyalardan qorxulması olub. Araşdırmaçılar sınaqları "xalqı qorxutmamaq üçün" gizli saxladıqlarını etiraf ediblər. Alameda şəhərində sınaq zamanı yerli hakimiyyətə məlumat verilmədiyi üçün layihə şəhər şurası tərəfindən dərhal dayandırılıb.
Şəhər meri Merilin Ezzi Aşkraft bildirib ki, layihə haqqında yalnız "New York Times" məqaləsindən xəbər tutub və buna sərt reaksiya verib. Daha əvvəl, 2021-ci ildə İsveçdə oxşar bir layihə də yerli icmanın məlumatlandırılmaması səbəbilə ləğv edilmişdi.
Alma sağlam qidalanmanın simvolu hesab olunur və uşaqlar, böyüklər, hətt
COVID-19 pandemiyasının ilk dörd ili başa çatarkən, peyvəndlərin bu müd
Kolbasa, frankfurter, cips və qəlyanaltılar uzun müddətdir ki, bir çox ukr
Mətbəxdə daim müzakirə olunan məsələ: qızartmaq üçün nə daha yaxş
Almaniyada dərc olunan yeni hesabatda çinli qadınların qeyri-qanuni yollarla
Tramp ABŞ üçün təhdid yaradan hərəkətlərə görə Braziliyaya 50% rüsu
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində ağır yol-nəqliyyat hadisə
Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində
Kanala düşən 16 yaşlı yeniyetmədən 36 gündür xəbər yoxdur.
Müasir dövrdə turizm təkcə tarixi və coğrafi gözəlliklərə deyil, həm
Bakı dəyişir. Neftin qoxusu ilə tanınan bu şəhər indi gül ətirli cığ
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Rusiyanın Kamçatka yarımadasının sahillərində 8,8 bal gücündə , eləc
2025-ci ilin sonuna qədər vəzifə yüksəlişi baxımından xüsusilə diqqə
Kelt təqviminə görə, hər doğum tarixinin özünəməxsus bir ağacı var.
