Kəlbəcər faciəsi məhkəmədə AzTV əməkdaşı ifadə verdi
Siyasət 31 İyl 2025 13:54:00 95 0
İyulun 31-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partladığını bildirib.
Bu xəbəri də oxu: Birinci vitseprezident Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı paylaşım edib FOTO
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, hadisə nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla dörd nəfərin bədən xəsarətləri aldığını söyləyib.
E.Məmmədov dövlət ittihamçısının suallarına cavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yol olduğunu bildirib. "Fikrimcə, mina diversiya nəticəsində sonradan yerləşdirilib", - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin də suallarını cavablandırıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
ABŞ-li alimlər hesab edir ki, Tesla-nın rəhbəri İlon Maskın siyasi fəal

Dünya müharibəni statistik rəqəmlərlə tanıyır: itkilər, generallar, ə

Bakının "Sovetski" məhəlləsi kimi tanınan ərazinin söküntüs

Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi mag

Amerikanın "Dallasın Gerçək Evdar Qadınları" realiti şousunun

Ödənişli ixtisaslara qəbul olan şəxslərin təhsilə əlçatanlığını t

Qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı yeni

"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikin

"Zeytun Pharmaceuticals" MMC şirkəti 23 iyul tarixli məktubunda iki

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhal

"41 dərəcədən çox olan hava şəraitində işçilərin həyat və sağ

Azərbaycanlı gənc Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.

Dünyada ən çox istifadə olunan ağrıkəsicilərdən biri olan parasetamolun
