Tanınmış alimə vəzifə verildi
Digərləri 01 Avq 2025 14:19:00 85 0
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.
Bu xəbəri də oxu: “Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir
Son.az xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Süleymanlı Cavid Elxan oğlu Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Cavid Süleymanlı bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Menecment ixtisası üzrə, magistratura təhsilini Türkiyənin Mərmərə Universitetində Beynəlxalq siyasi iqtisadiyyat üzrə, doktorantura təhsilini isə "2019-2023-cü illərdə Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyini artırmaq üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin İstanbul Universitetində alıb və sözügedən Dövlət Proqramının ilk məzunu olmaqla 26 yaşında ölkənin ən gənc alimlərindən biri olub. Gənc alimin yüksək impakt faktorlu jurnallar olmaqla bir çox akademik məqaləsi mövcuddur. Elm sahəsində fəaliyyətinə görə 2023-cü ildə "İlin gənci" mükafatına layiq görülüb.
Cavid Süleymanlı əmək fəaliyyətinə 2019-cu ildə UNEC-də müəllim olaraq başlayıb. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.
Son dövrlər köhnə yaşayış binalarının həyət girişlərində şlaqbaum

1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü dilin milli-mənə

Nəsimi rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Avqust ayı romantik enerjilərlə doludur və bəzi bürclər üçün sevgi hə

Xəbər verdiyimiz kimi, Bakıya konsert vermək üçün gələn türkiyəli

Bəzi kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlara əsasən,

Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ifaçısı, "Şöhrət&q

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də ali təhsil müəssisələrini

Castin Timberleyk zəif konsert performansları ilə bağlı tənqidlərə cava

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif İmran oğlu
