III Dünya müharibəsinə səbəb ərazi iddiaları olmayacaq: 300ə yaxın bölgə risk altında
Dünya 02 Avq 2025 01:01:00 367 0
Ekoloqlar xəbərdarlıq edirlər ki, gələcəkdə böyük müharibələrin səbəbi torpaq və ya enerji ehtiyatları yox, içməli su ola bilər.
Bu xəbəri də oxu: Kiyevə dron hücumu:
Son.az xəbər verir ki, iqlim dəyişikliyi nəticəsində onsuz da quraq olan bölgələrdə su çatışmazlığı daha da kəskinləşir və rəqabət güclənir.
Təmiz su qlobal böhran mənbəyinə çevrilir
"Ecoticias" ekoloji portalının məlumatına görə, artıq bir neçə regionda içməli su uğrunda mübarizə başlayıb. Beynəlxalq təşkilatların, siyasətçilərin və ictimai xadimlərin açıqlamalarına əsaslanan hesabatda qeyd edilir ki, gələcək qlobal münaqişələrin konturları formalaşmağa başlayıb. Hələ ki bu gərginliklər səssiz və görünməzdir, lakin milyardlarla insanın həyatına təsir etməyə başlayıb.
İqlim dəyişiklikləri səbəbilə yağıntıların bölgələr üzrə paylanması pozulur: əvvəlcə nisbətən rütubətli olan ərazilər indi daşqınlarla üzləşir, quraq regionlarda isə tarixi quraqlıqlar müşahidə olunur. Qlobal temperaturun yüksəlməsi buxarlanmanın artmasına, su anbarlarında suyun azalmasına, qar ehtiyatlarının tükənməsinə və yay su ehtiyatlarının ciddi şəkildə azalmasına səbəb olur.
300-ə yaxın bölgə su münaqişəsi riski altındadır
Avropa Komissiyasının apardığı araşdırmalar dünya üzrə təxminən 300 bölgənin su resurslarına görə münaqişə riski ilə üz-üzə olduğunu üzə çıxarıb. Ən həssas regionlar arasında böyük çay hövzələrinin ayırdığı ölkələr var: məsələn, Nil çayı ilə ayrılan Misir və Efiopiya, Hind çayı ilə bölünən Hindistan və Pakistan, eləcə də Qanq çayı ilə sərhəddə yerləşən Hindistan və Banqladeş. Eyni zamanda, Fərat və Dəclə çayları üzərində Türkiyə, Suriya və İraq arasında da gərginlik potensialı mövcuddur.
Ekoloqlar xatırladır ki, Yer kürəsindəki suyun cəmi 2,5 faizi içməyə yararlıdır və bunun da böyük hissəsi buzlaqlarda toplanıb. Əhalinin artması və suya olan tələbatın yüksəlməsi bu məhdud resursa olan təzyiqi daha da artırır./Qaynarinfo
Yəmənin "Ənsər-Allah" hərəkatından olan husi döyüşçüləri
Türkiyənin məşhur sənətçisi Bülent Ersoyun qeyri-adi davranışı ölkə
Fransanın Men-et-Luara bölgəsində evdə hazırlanmış konservləşdirilmiş
Dağıstanda körpə alan qadın insan alverinə görə azadlıqdan məhrum edil
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyədə axşam saatlarında Adana şəhərinin Yüreğir rayonundakı Özl
Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qəbul edilən yeni
ABŞ Prezidenti Donald Tramp bildirib ki, administrasiya 10 gün ərzində Rusiy
Elektrikli nəqliyyat vasitələri (EV) alternativlərinə maraq artdığı bir
Videoya "bir də orada yemək yeməyəcəyəm", "natəmizlikdir" tərzində şə
Xəbər verdiyimiz kimi Xalq artisti Arif Babayev bu gün 87 yaşında vəfat ed
Yay aylarında elektrik xərclərini artırmadan evi sərin saxlamaq istəyənl
ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini
