MEDİA bu sayta xəbərdarlıq etdi
Digərləri 03 Avq 2025 17:15:00 244 0
"Son dövrlər "News24.az" veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir".
Bu xəbəri də oxu: Bu şəxslərin maaşı 3 dəfə artdı Rəsmi
Son.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında deyilir.
Qeyd olunub ki, həmin media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir:
"Müvafiq veb-sayt bu gün dərc etdiyi "Çörək bahalaşdı" sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən "Dollar kəskin bahalaşdı" başlıqlı xəbər də bu qəbildəndir.
Xatırladırıq ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək "Redaksiya siyasəti və peşə etikası qaydaları"nın kobud şəkildə pozulmasıdır.
Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik", - açıqlamada deyilir.
Rusiyanın Kamçatka diyarında Kraşeninnikov vulkanının püskürməsi başla
Müğənni Nəfəs paytaxtın istirahət məkanlarının birində görüntülən
Kameranın obyektivinə düşən görüntü "ürəkləri ağıza gətirib&q
Müğənni Rəqsanə İsmayılova paylaşımı ilə diqqət çəkib.
Bir dövrə damğa vuran "Kurtlar Vadisi" serialında Mehmet Karahanl
"Sea Breeze"in təsisçisi Emin Ağalarov burada fəaliyyət göstər
Yemək sifarişlərini çatdırmaqla məşğul olan kuryerin başına gələn ha
Sosial şəbəkədə yayılan video diqqət çəkib.
Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məl
"RM Sotheby's" hərrac evi sentyabrın əvvəlində yenidən işl
HƏMAS təşkilatı İsrailə psixoloji təzyiq məqsədilə yeni bir təbliğat
SunnyHill festivalda Dua Lipa ilə birgə səhnə alan Edis onunla kulisdə gör
Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək da
Astrologiyaya görə, bəziləri üçün təmizlik sadəcə vərdiş deyil, həy
