Pensiya yaşı ilə bağlı şad xəbər
Digərləri 03 Avq 2025 21:45:00 316 0
Azərbaycanda daha 65 peşə və vəzifədə çalışanlar da güzəştli şərtlərlə pensiyaya çıxa biləcəklər.
Bu xəbəri də oxu: Türk bloqerin milli yeməyimizə reaksiyası gündəm oldu VİDEO
Son.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyindən bildirilib.
Məlumata görə, son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına yeni peşələr əlavə olunub.
Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib ki, hazırda güzəştli şərtlərlə pensiya hüququ verən siyahıda 4 mindən artıq peşə və vəzifə yer alır. Bu o deməkdir ki, həmin sahələrdə çalışan şəxslər ümumi pensiya yaşından 5 il əvvəl əmək pensiyasına çıxmaq imkanı qazanırlar.
Filiz və kömür hasilatı sahələrində, neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsində, gecə vaxtı tunellərdə çalışanlar və digər kateqoriyadan olanlar daha tez pensiyaya çıxa biləcəklər.
Ekspert bildirib ki, yeni qərar ağır və zərərli əmək şəraitində çalışan minlərlə vətəndaşın sosial müdafiəsini daha da gücləndirəcək.
"İnsanların sağlamlıqlarını riskə atdıqları peşələrdə çalışdıqları nəzərə alınaraq, onların erkən pensiyaya çıxması həm hüquqi baxımdan ədalətli, həm də sosial baxımdan zəruridir",- deyə ekspert vurğulayıb.
Rusiyada sosial şəbəkə və messencerlər üzərindən törədilən cinayətl
Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə madd
Rosqvardiyanın Mərkəzi Dairə komandanının həbsdə olan keçmiş müavini
Avqustun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə
Avqust bürcün dörd əlamətinin nümayəndələri üçün xüsusilə əlveri
Kahramanmaraşda baş tutan bir toy məclisi gündəmi zəbt edib.
İştahsızlıq orqanizmin müəyyən qida maddələrinə və ya ümumilikdə qi
Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Minlərlə tibetli rahib özlərinin ruhani lideri XIV Dalay Lamanın 90 illik y
"Avroviziya 2015" Rusiyanın təmsilçisi, məşhur müğənni Polina
Müğənni Safurə Əlizadə Türkiyədəki evindən paylaşım edib.
Türkiyədə baş verən zəlzələ vaxtı fədakarlığı ilə diqqət çəkən
