Daha bir maye qazdoldurma məntəqəsi bağlandı
Digərləri 14 Mar 2025 11:12:00 161 0
İmişlidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Bu xəbəri də oxu: Bu ərazilərdə qaz kəsiləcək
Bu barədə Son.az-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən İmişli rayonunun Yalavac kəndində fəaliyyət göstərən fərdi sahibkar Qafarov Səlahət Cəmil oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində maye qaz çənlərinin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz çənləri üzərində quraşdırılmış qoruyucu klapanların yoxlanılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınağının aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bu il Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdı

Ukraynanın Xarkov vilayətinin Boquslavka kəndi ərazisində aktiv döyüşlə

"Behzat Ç" kimi tanınan məşhur aktyor və Etimesqut bələdiyyəsi

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiym

Gəncədə yeniyetmə oğlanlar itkin düşüb.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

"Ukrayna ABŞ-ın Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günl

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət ("çörəkpulu&qu

Məşhur müğənni, aktrisa Selena Qomez musiqiçi nişanlısı Benni Blankonun

Bakı şəhərində xalqımızın ən əziz və sevimli bayramı olan Novruz gen

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənə

Ramazanda ayında oruc tutuanları düşündürən suallardan biri də orucun ha
