Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Viza üçün depozit tələb olunacaq
Dünya 05 Avq 2025 10:16:00 312 0
ABŞ turist və biznes vizaları üçün 15 min dollara qədər depozit tələb edən pilot proqram həyata keçirir
Bu xəbəri də oxu: Tramp Rusiyaya yeni sanksiya tətbiq edə bilər
Birləşmiş Ştatlar əcnəbilərə turist və işgüzar vizaların (B-1 və B-2 kateqoriyaları) verilməsi zamanı 15 min dollara qədər nağd depozit tələbi ilə bağlı pilot proqrama başlayır.
Son.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Departamentin rəsmi saytında bildirilir ki, proqram yalnız ölkəyə daxil olduqdan sonra vizada göstərilən icazə müddətindən artıq qalan əcnəbilərin sayının yüksək olduğu ölkələrin vətəndaşlarına şamil olunacaq.
Yeni qaydalara əsasən, depozit tələbi o zaman tətbiq olunacaq ki, ərizəçi ABŞ konsulluğunda müsahibə zamanı öz şəxsiyyəti və səfər məqsədi ilə bağlı kifayət qədər məlumat təqdim etməsin. Məqsəd ABŞ-da qalma müddətinin pozulmasının qarşısını almaqdır.
Depozitin məbləği ərizəçinin vəziyyətindən asılı olaraq 5 000, 10 000 və ya 15 000 dollar müəyyən edilə bilər. Şəxs viza müddəti bitdikdən sonra ölkəni vaxtında tərk edərsə, məbləğ tam şəkildə geri qaytarılacaq.
Pilot proqram rəsmi bildirişin dərc edildiyi gündən etibarən bir il müddətində sınaqdan keçiriləcək.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli əməkdaşı vəfat edib
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Parlamentlərarası İttifaqın (IPU) Baş katibi Martin Çunqonqun xahişi və
Türkiyəli məşhur müğənni Özcan Denizin bütün əmlakına həbs qoyulub.
Azərbaycanda "WhatsApp"a girişdə çətinliklər müşahidə olunur
Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş mülki silah əldə etm
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin
Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq
1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat ed
AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlər
Soyuq suyun orqanizmə faydalı təsirləri uzun zamandır məlumdur. Lakin birb
İngiltərə dünyada ilk dəfə olaraq bel soyuqluğu infeksiyasına qarşı r
Son illər qazlı içkilərin uşaqlara verilməsi geniş vüsət alıb.
Son vaxtlar geniş populyarlıq qazanan arıqlama dərmanı Ozempic yenidən diq
