Nazir Rza Məmmədova vəzifə verdi
Digərləri 05 Avq 2025 08:30:00 53 0
Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni tədris işləri üzrə prorektor təyin olunub.
Son.az teleqraf-a istinadən xəbər verir ki, bu vəzifə Rza Məmmədova həvalə olunub.
Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007-2010-cu illərdə "İqtisadiyyat" ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.
2011-ci ildə Naxçıvan Dövlət Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014-2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində "Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı" üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.
Rza Məmmədov 2011-ci ildən bəri müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. 2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən "Naxçıvan" Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.
1970-1980-ci illərin sevimli aktrisalarından biri olan Loni Anderson vəfat ed

AZAL-ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlər

Soyuq suyun orqanizmə faydalı təsirləri uzun zamandır məlumdur. Lakin birb

İngiltərə dünyada ilk dəfə olaraq bel soyuqluğu infeksiyasına qarşı r

Son illər qazlı içkilərin uşaqlara verilməsi geniş vüsət alıb.

Son vaxtlar geniş populyarlıq qazanan arıqlama dərmanı Ozempic yenidən diq

Çin və Cənubi Koreyada qadınlar üçün özəl parklanma zonaları yaradıl

"Bəzən özünü pis hiss edən şəxslərə ətrafdakı insanlar "ke

5 Avqust - Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.

Bakı şəhəri, Səbail rayonunun Buxta küçəsində transformatorda güclü y

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı

Teleaparıcı Rövşanə Ağasəfqız Baku TV-nin "Qapqara" verilişin

Əgər konserv üçün düzgün tərəvəz seçilməzsə, qış üçün hazırla

"Samsung"-un ən son qatlanan smartfonlarının, təxminən 12 000 cih
