Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Siyasət 05 Avq 2025 15:59:00 323 0
Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün polisin fəaliyyətinin maliyyələşdirilməsi mənbələri artırılıb.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Polis haqqında" Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına köçürüləcək:
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi;
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi.
Nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Yay aylarında plastik qablaşdırılmış suların uzun müddət günəş şüa
Kəşmir xalqına göstərdiyi həmrəyliyə görə Azərbaycana təşəkkür ed
Türkiyənin Qars və Ərdahan əyalətlərində başlayan və daha sonra Artvi
Serbiyanın dövlət investisiyaları naziri, eyni zamanda hakim "Serbiya T
İranın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinin m
Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlm
Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabild
Türkiyədə Sosial Müdafiə Təşkilatı saxta sığorta yolu ilə qanunsuz ş
Şimali Koreyada qadınların avtomobil sürmək hüququ ilə bağlı tarixi də
Tanınmış türkiyəli psixoloq Abdullah Volkan Uçakın xalça təmizləyicis
Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun
Sumqayıtda itkin düşən yeniyetmə qız tapılaraq ailəsinə təhvil verilib
Türkiyədə çimərliklərin birində qeydə alınan görüntü diqqət çəki
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmiryolu ilə sərnişindaş
