Bakıda yayılan xoşagəlməz qoxunun səbəbi nədir?
Digərləri 05 Avq 2025 15:18:00 396 0
Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlməz qoxu şəhər sakinlərinin ciddi narahatlığına səbəb olub.
Bu xəbəri də oxu: "MTV Azərbaycan" cərimələnəcək
Son.az xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.
Sakinlərin sözlərinə görə, bu qoxu günün müxtəlif saatlarında aydın hiss olunur: "Müşfiqabad qəsəbəsində pis qoxular gəlir, rahat gəzə bilmirik".
Mütəxəssislər isə bildirib ki, problemin əsas səbəbi Bakıda mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Bununla yanaşı, uzun illərdir ki, Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Bu səbəbdən illərlə dənizə axıdılan çirkab suların qalıqları üzə çıxmağa başlayıb.
Ekoloq Sadiq Həsənov isə məsələni belə şərh edib: "Günəşin sürətli təsiri ilə ultrabənövşəyi şüalar parçalanır və maddələr yaranır. Bu zaman ətrafa xoşagəlməz qoxu yayılır. Xüsusilə Bakının bir çox kəndlərində, məsələn, Türkan, Zirə, Mərdəkan və bir sıra yerlərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bu da birbaşa dənizə axıdılır. İnsana təmas edəndə isə bir sıra xəstəliklər yaradır. Üzvü maddələrin parçalanmasından əmələ gələn bu qazlar zəhərlidir. İnsanın həm göz nahiyəsinə, həm nəfəs borusuna, həm də digər orqanlarına müəyyən qədər zəhərli təsirini göstərə bilər".
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən paytaxtdakı mövcud kanalizasiya sisteminin əhalinin tullantı yükünü daşıması ilə bağlı sorğuya belə cavab verilib: "Su şəbəkələri qurularkən ərazinin relyefi orada yaşayan abonentlərin sayı nəzərə alınaraq layihə tərtib olunur. Sovet dövründə tikilmiş kanalizasiya şəbəkələri o dövrün əhalisinə uyğun planlaşdırılıb.
Ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyət stabild
Türkiyədə Sosial Müdafiə Təşkilatı saxta sığorta yolu ilə qanunsuz ş
Şimali Koreyada qadınların avtomobil sürmək hüququ ilə bağlı tarixi də
Tanınmış türkiyəli psixoloq Abdullah Volkan Uçakın xalça təmizləyicis
Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun
Sumqayıtda itkin düşən yeniyetmə qız tapılaraq ailəsinə təhvil verilib
Türkiyədə çimərliklərin birində qeydə alınan görüntü diqqət çəki
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmiryolu ilə sərnişindaş
Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez İstanbul Festivalı ç
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər v
Sumqayıt Apellyasiya Məhkəməsində 11 yaşlı qıza qarşı seksual xarakter
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhb
Azərbaycanda bir neçə icra hakimiyyətində sektor müdiri - baş mühasib v
