Həyət evi olanların diqqətinə Bu ərazilərdə kompensasiyasız söküntü başlayır


Digərləri 06 Avq 2025 14:15:00 90 0

Həyət evi olanların diqqətinə  Bu ərazilərdə kompensasiyasız söküntü başlayır

Bakı şəhərində sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ekspertlərin fikrincə, bəzi hallarda bu evlərə çıxarış verilməsi mümkün olsa da, çoxu üçün bu, artıq real görünmür. Xüsusilə özbaşına, qanunsuz şəkildə inşa edilmiş, təhlükəli zonalarda yerləşən tikililər söküntü riski ilə üz-üzədir. İddialara görə, bu evlərin heç bir sənədi olmadığı üçün dövlətdən kompensasiya ala bilməyəcəklər. Məsələ ilə bağlı son qanunvericilik dəyişiklikləri və dövlətin sərtləşən nəzarət mexanizmləri problemin nə qədər ciddi olduğunu göstərir.

Doğrudanmı vətəndaşlar qanunsuz tiklilərə görə sənəd və kompensasiya ala bilməyəcəklər?

Son.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, bələdiyyə sənədi olan evlərə çıxarış verilməsi ehtimalı yüksəkdir.

Onun sözlərinə görə, 2007-ci ilə qədər inşa olunmuş sənədsiz, amma bələdiyyə sənədi olan evlərin tanınması mümkündür:

"2007-ci ildən sonrakı evlərin sənədləri də ayrıca araşdırılacaq. Əgər həmin evlər neft yataqları üzərində, dövlət mühafizə zonasında və ya hərbi-sənaye təyinatlı ərazilərdə yerləşmirsə, çıxarış verilməsi mümkündür. Bu ərazilərə misal olaraq SOCAR-ın torpaqları, dəmir yolu xətləri və ya hərbi obyektlər yaxınlığında yerləşən sahələr göstərilə bilər. Belə yerlərdə yerləşən evlərə çıxarış verilməyəcək. Amma bəzi ərazilərdə - məsələn, Dərnəgül və Binəqədi kimi ərazilərdə xüsusilə də dəmir yolu mühafizə zonalarında gecəqondu şəklində, özbaşına tikilmiş evlərə çıxarış verilməsi mümkünsüzdür. Həmin evlər bir çox hallarda qeyri-qanuni şəkildə zəbt olunmuş torpaqlarda tikilib. İnsanlar bu evlərə ya aldanaraq köçür, ya da qanunsuz yollarla məskunlaşırlar. Vətəndaşlar çox vaxt səriştəsiz maklerlərin və işbazların qurbanına çevrilir".

"Özbaşına tikilmiş və torpaq çıxarışı olmayan evlərə heç bir güzəşt tətbiq olunmayacaq. Hətta yaxın gələcəkdə bu tikililərin kütləvi şəkildə sökülməsi də gözlənilir. Artıq bəzi ərazilərdə söküntülərə başlanılıb. Qeyd etmək lazımdır ki, 2023-cü ilin oktyabrında qəbul olunan fərmana əsasən, çıxarışı olmayan evlərə sayğacların (işıq, su, qaz) quraşdırılması qadağan olunub. Bu da hökumətin qanunsuz tikililərlə mübarizə tədbirlərini daha da gücləndirdiyini göstərir. Hazırda yalnız Bakı şəhərində 500 mindən çox sənədsiz evin olduğu bildirilir. Bu rəqəm daha yüksək ola bilər, çünki bir çox evlərdə sayğac yoxdur və statistika əsasən sayğaclara görə aparılır. Üstəlik, bəzi hallarda bir sayğacdan bir neçə ev istifadə edir. Bu tikililər Bakının şəhər planlaşdırmasına da ciddi təsir göstərir. Şəhərin infrastrukturu - xüsusilə kanalizasiya və kommunikasiya xətləri bu qədər sıxlığı daşıya bilmir. Payız və qış aylarında yağıntılar zamanı boruların dolması və daşması artıq adi hala çevrilib. Çünki bu infrastruktur həmin məskunlaşma sıxlığına uyğun inşa edilməyib. İşbazlar burada özbaşına tikililər inşa edir və sakinlərə evləri "çıxarış olacaq" vədi ilə satırlar. Lakin dövlət artıq vəziyyəti nəzarətə almağa başlayıb və bu ərazilərdə sənədsiz evlərin taleyi demək olar ki, həll olunma mərhələsindədir. Sonda qeyd edim ki, sənədi olan və hüquqi əsaslarla inşa edilmiş evlərin sahibləri üçün hələlik təhlükə yoxdur. Amma qanunsuz, sənədsiz və təhlükəli zonalarda inşa edilmiş evlərin sökülməsi artıq sadəcə ehtimal deyil, real prosesə çevrilmək üzrədir".

Bu meyvə UCUZLAŞACAQ  SƏBƏB like
  • 06 Avq 14:00  
Digərləri Bu meyvə UCUZLAŞACAQ SƏBƏB

Avqust ayında Quba rayonunda baş verən güclü külək bir çox meyvə bağla

arrow Ətraflı
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab çap olundu  FOTO like
  • 06 Avq 13:51  
Digərləri Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab çap olundu FOTO

Əməkdar mədəniyyət işçisi, yazıçı -publisist,  "Olaylar" q

arrow Ətraflı
Bu il Qarabağ Universitetinə rus və ingilis bölmələri üzrə qəbul aparılmayacaq like
  • 06 Avq 13:36  
Digərləri Bu il Qarabağ Universitetinə rus və ingilis bölmələri üzrə qəbul aparılmayacaq

Bu il Qarabağ Universitetinə rus və ingilis bölmələri üzrə qəbul aparı

arrow Ətraflı
Putin ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul etdi like
  • 06 Avq 13:30  
Dünya Putin ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stive

arrow Ətraflı
"510 minə "bir gecəlik gəlin" olurlar" like
  • 06 Avq 13:24  
Şou-biznes "510 minə "bir gecəlik gəlin" olurlar"

Aktrisa Pərvin Abıyeva və baş tutan saxta toy məclislərindən söz açıb.

arrow Ətraflı
Tramp: İsrailin Qəzza zolağını işğal planlarından xəbərim yoxdur like
  • 06 Avq 13:15  
Digərləri Tramp: İsrailin Qəzza zolağını işğal planlarından xəbərim yoxdur

ABŞ Prezidenti Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, İsraili

arrow Ətraflı
Hərbi Prokurorluqda yeni təyinat olub like
  • 06 Avq 13:06  
Digərləri Hərbi Prokurorluqda yeni təyinat olub

Hərbi Prokurorluqda yeni təyinat olub.

arrow Ətraflı
Abşeron dairəvi marşrutunda yenilik  Başlanıldı like
  • 06 Avq 13:03  
Digərləri Abşeron dairəvi marşrutunda yenilik Başlanıldı

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmiryol marşrut

arrow Ətraflı
Bakıda bu mebel sexinin fəaliyyəti dayandırıldı like
  • 06 Avq 12:56  
Digərləri Bakıda bu mebel sexinin fəaliyyəti dayandırıldı

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obye

arrow Ətraflı
İlqar Mustafayev “əmlak kralı” imiş  Ağ Şəhərdən Şüvəlana qədər... like
  • 06 Avq 12:22  
Digərləri İlqar Mustafayev “əmlak kralı” imiş Ağ Şəhərdən Şüvəlana qədər...

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustaf

arrow Ətraflı
Paşinyan ABŞyə səfər edəcək like
  • 06 Avq 12:15  
Dünya Paşinyan ABŞyə səfər edəcək

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-yə səfər edəcək.

arrow Ətraflı
Şagird yerdəyişməsi etmək istəyənlərin nəzərinə! like
  • 06 Avq 12:13  
Digərləri Şagird yerdəyişməsi etmək istəyənlərin nəzərinə!

2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi davam edir.

arrow Ətraflı