İran və Azərbaycan sərhəddə birgə layihələrin icrasının tezləşdirilməsini istəyir
Digərləri 06 Avq 2025 19:00:00 416 0
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
Bu xəbəri də oxu: Oktyabrın sonu iki bürc üçün çox uğurlu olacaq
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüş Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində baş tutub.
Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq, xüsusilə də birgə sərhəd layihələrinin icrası müzakirə olunub.
Görüş zamanı hər iki tərəf Astara dəmiryolu yük terminalı və tikilməkdə olan sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında sıx təmasların iki ölkə arasında münasibətlərin dərinləşməsində xüsusi rol oynadığı qeyd edilib.
Tərəflər, habelə yaxın vaxtlarda qarşılıqlı səfərlərlə bağlı razılığa gəliblər.
Görüşdə layihələrin irəliləməsi, qarşıda duran problemlərin həlli və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Bakı-Keşlə sahəsində təmir işləri ilə bağlı qatarların hərəkətind
Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit
Ağ rəngli geyimlər qarderobumuzun ən sadə və şıq parçalarındandır. La
Sabit telefonlardan istifadəyə dair aylıq abunə haqqı müəyyənləşib.
Bakıda Xəzər dənizinin dayazlaşması ilə bağlı ekspert qrupunun ilk topl
Müğənni İbrahim Borçalı şəxsi həyatı ilə bağlı ünvanlanan sualı c
İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilər
Ermənistanda hərbçilərin yol qəzası baş verib.
Bərdədə yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.
Qarpız yay aylarında həm dadlı, həm də sərinləşdirici meyvə olsa da,
Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabi
İran-Azərbaycan münasibətləri əleyhinə radikal və məsuliyyətsiz ritori
Polşa bəzi ölkələrin vətəndaşları üçün vizasız girişi məhdudlaşd
