Qazaxıstan AZAL təyyarəsi ilə bağlı yekun hesabat hazırlayacaq


Siyasət 07 Avq 2025 11:11:00 59 0

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı yekun hesabat hazırlayacaq

Qazaxıstan hakimiyyəti bir neçə aydan sonra Azərbaycan Hava Yolları (AZAL)şirkətinə məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat hazırlayacaq.

Trend xəbər verir ki, belə bir bəyanatla Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev mətbuat konfransında çıxış edib.

"(İstintaqın) təhlil mərhələsi başa çatmaq üzrədir, yekun hesabatın hazırlanması mərhələsinə keçilir. Düşünürəm ki, bir az səbirli olmaq lazımdır, bir neçə aydan sonra yekun hesabat olacaq", - deyə Bozumbayev AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq haqda suala cavab olaraq bildirib.

Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

İlkin hesabat aşağıdakı faktları təsdiq edir:

1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.

2. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Bu məlumat (FDR vasitəsilə təsdiq olunmuşdur.

3. Hava gəmisi Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşmişdir.

4. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar vermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınmışdır.

5. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxmışdır.

6. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur.

7. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməmişdir.

8. Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.

9. 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer "Ковер" əməliyyatı barədə Qoznıya məlumat verir.

10. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlər başlanılmışdır.

7 nəfərin öldüyü qəzadan görüntülər like
  • 07 Avq 11:08  
Digərləri 7 nəfərin öldüyü qəzadan görüntülər

Bu gün sübh vaxtı Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsind

arrow Ətraflı
Amerika üzüldükcə, Çin zirvəyə doğru qalxır like
  • 07 Avq 11:00  
Siyasət Amerika üzüldükcə, Çin zirvəyə doğru qalxır

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Bakının bu ərazisində söküntü başladı like
  • 07 Avq 10:51  
Digərləri Bakının bu ərazisində söküntü başladı

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş "Sovetski"

arrow Ətraflı
Zirə kəndinin işıqları KƏSİLƏCƏK like
  • 07 Avq 10:40  
Digərləri Zirə kəndinin işıqları KƏSİLƏCƏK

Bu gün Bakının Xəzər rayonunun Zirə kəndinin bəzi hissələrində elektr

arrow Ətraflı
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq like
  • 07 Avq 10:35  
Digərləri “Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

Ölkənin sərfəli mobil operatoru "Nar" dövlət qəbul imtahanları

arrow Ətraflı
Türkiyədə 20 yaşlı tələbə meşədə ölü tapıldı  5 nəfər saxlanıldı like
  • 07 Avq 10:27  
Digərləri Türkiyədə 20 yaşlı tələbə meşədə ölü tapıldı 5 nəfər saxlanıldı

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda 20 yaşlı universitet tələb

arrow Ətraflı
Maliyyə baxımından ən şanslı bürclər  Avqust ayında kimlər irəliləyəcək? like
  • 07 Avq 10:16  
Digərləri Maliyyə baxımından ən şanslı bürclər Avqust ayında kimlər irəliləyəcək?

Avqust 2025-ci il bəzi bürclər üçün maliyyə baxımından xüsusilə uğur

arrow Ətraflı
Myanma prezidentinin səlahiyyətlərini icra edən şəxs vəfat etdi like
  • 07 Avq 10:10  
Dünya Myanma prezidentinin səlahiyyətlərini icra edən şəxs vəfat etdi

Myanma prezidenti vəzifəsini icra edən Myint Sve 74 yaşında vəfat edib.

arrow Ətraflı
Avqustun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək like
  • 07 Avq 10:05  
Digərləri Avqustun müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 25-30-u tarixlərində b

arrow Ətraflı
Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir like
  • 07 Avq 10:00  
Şou-biznes Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir

Qazaxıstanın azərbaycanəsilli musiqiçisi Jah Khalib (Bəxtiyar Məmmədov)

arrow Ətraflı
Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşdü  xəsarət alanlar var like
  • 07 Avq 09:57  
Digərləri Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşdü xəsarət alanlar var

Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri yol qəzasına d

arrow Ətraflı
Ağ Evdən təcili tapşırıq  Tramp Putin və Zelenski ilə görüş istəyir like
  • 07 Avq 09:50  
Dünya Ağ Evdən təcili tapşırıq Tramp Putin və Zelenski ilə görüş istəyir

ABŞ Prezidenti Donald Tramp komandasına Rusiya Prezidenti Vladimir Putin və U

arrow Ətraflı
Bred Pittə ağır İTKİ like
  • 07 Avq 09:20  
Şou-biznes Bred Pittə ağır İTKİ

Hollivud ulduzu Bred Pittin ailəsində ağır itki olub.

arrow Ətraflı
Rubl və avro bahalaşdı, dolların qiyməti isə...  RƏSMİ like
  • 07 Avq 09:15  
Digərləri Rubl və avro bahalaşdı, dolların qiyməti isə... RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı