Azərbaycan və Ermənistanın Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq Rubio
Siyasət 08 Avq 2025 09:57:00 55 0
Azərbaycan və Ermənistanın avqustun 8-də Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq.
Bu xəbəri də oxu: Netanyahunun inadkarlıq gambiti: riskli geosiyasət və ümidsizlik
Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"Daha geniş sülh gündəminə gəldikdə, prezident sülhə nail olmaqda qətiyyətlidir və sülh prezidenti olmaq istəyir. Azərbaycan və Ermənistana gəldikdə, avqustun 8-də biz burada olacağıq və sülh müqaviləsinin başlanğıcı olacaq sazişi imzalayacağıq", - deyə o bildirib.
Qeyd edək ki, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması gözlənilir.
Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə, ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.
Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir.
Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən "sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması"nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızın bu tələbi də Ermənistan tərəfindən qəbul edildi.
Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur Dəhlizi reallaşır.
Ələt Hava Limanının texnoloji baxımdan ən mühüm və mürrəkkəb hesab e

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğ

Avqustun 9-da baş verəcək Ayın dolması dörd bürcün həyatını yeni isti

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" s

Türkiyədə tanınmışlar arasında cinsiyyət dəyişdirən məşhurların sa

Qəhvənin qan təzyiqini artırdığı ilə bağlı məşhur mif təkzib edilib

Fransada geniş istifadə edilən antidepressant "Ludiomil" dərmanın

Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol

Səhnə performansları, səsi və xarizması ilə milyonların sevimlisinə çe

Hökumət, insanları istismar edən və sağlamlıqlarına zərər vuran qeyri-

Genetik cəhətdən sağlam donor hüceyrələrdən istifadə edilən üsul, si

Yeni bir araşdırmaya görə, həftədə üç və ya daha çox porsiya kartof q

ABŞ-ın Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan l
