Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı üzrə son işlər açıqlandı
Digərləri 08 Avq 2025 09:49:00 72 0
Ələt Hava Limanının texnoloji baxımdan ən mühüm və mürrəkkəb hesab edilən qalxma-enmə zolağının və ona aid infrastrukturun inşası, sistem və qurğuların quraşdırılması, demək olar ki, 50% həcmində yerinə yetirilib.
Bu xəbəri də oxu: AAYDAnın vəzifəli şəxsi içkili halda saxlanıldı
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ələt Azad İqtisadi Zonasından məlumat verilib.
Bildirilib ki, hava limanına aid digər infrastruktur obyektlərinin layihələndirilməsi, müvafiq master-planın yekun versiyada hazırlanması işləri uğurla başa çatdırılıb və artıq bir neçə aidiyyəti olan infrastruktur obyektlərinin inşasına başlanılıb:
"Belə ki, xüsusi əhəmiyyət kəsb edən, yanğın söndürmə və xilas etmə stansiyasının inşası 45% həcmində icra olunmuş və davam etməkdədir. Aidiyyəti olan bir neçə obyektin tikintisi və lazımi sistemlərin, avadanlıqların quraşdırılması işləri 10-30% arasında kimi qiymətləndirilə bilər".
Qeyd edilib ki, tikinti-quraşdırma işləri, zəruri avadanlıqların sifarişi, istehsalı və quraşdırılması tərtib edilmiş qrafiklərə uyğun mərhələlərlə həyata keçirilməkdədir:
"Hazırda bütün işlər həmin qrafiklərə tam uyğun şəkildə icra olunur. Layihənin mürəkkəbliyini nəzərə alaraq, tətbiq edilən texnologiyaların ən qabaqcıl olduqlarını və onların istehsalçılarının mövcud imkanlarını nəzərə alaraq Ələt Hava Limanının tam şəkildə istismara buraxılması 2027-ci əvvəlində nəzərdə tutulub".
Bu hava limanı ölkənin nəqliyyat infrastrukturuna nə qatacaq?
Məlumatda vurğulanıb ki, "Silk Way" şirkətlər qrupu tərəfindən Ələt Azad İqtisadi Zonası daxilində inkişaf etdirilən yeni hava limanı və müvafiq olaraq Yük Şəhərciyi adlandırılan beynəlxalq biznes-logistik mərkəzi qabaqcıl daşıma və saxlanılma həlləri təklif edən multimodal mərkəzin əsas komponentini təşkil edirlər:
"Ələt Logistika Mərkəzi (ALM) daha sürətli, daha səmərəli yük daşımalarını təmin etmək üçün hava, dəmir yolu və yerüstü nəqliyyatı birləşdirərək, təchizat zəncirini gücləndirəcək. Ələt Azad İqtisadi Zonasının investorlar üçün daha əlverişli nəqliyyat-logistika xidmətləri tədbiq etməklə, effektiv qlobal ticarət üçün lazım olan mühiti gücləndirir. Eyni zamanda, adıçəkilən hava limanının və aidiyyəti olan logistika infrastrukturun istismara verilməsi ölkəmizin ümumilikdə və xüsusilə nəqliyyat sektorumuzun, Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz adlandırılan layihə çərçivəsində daha geniş şəkildə iştirakına və rolunun, strateji əhəmiyyətinin və vacibliyin artırılmasına, şübhəsiz ki, təkan verəcək".
"Əlavə olaraq, Orta Asiya dövlətləri ilə nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsində, daşımaların həcminin artırılması sahəsində yaradılan infrastruktur həllinin payı kifayət qədər önəmli olaraq daha yüksək sürətlə inkişafını təmin edəcək", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hava limanının illik yükaşırma gücünün ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Əvvəl onun fəaliyyəti yük daşınması üçün nəzərdə tutulmuşdu, lakin sonradan beynəlxalq hava limanı olmasına qərar verilib. Hava limanı 750 hektar ərazini əhatə edəcək.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğ

Avqustun 9-da baş verəcək Ayın dolması dörd bürcün həyatını yeni isti

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" s

Türkiyədə tanınmışlar arasında cinsiyyət dəyişdirən məşhurların sa

Qəhvənin qan təzyiqini artırdığı ilə bağlı məşhur mif təkzib edilib

Fransada geniş istifadə edilən antidepressant "Ludiomil" dərmanın

Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol

Səhnə performansları, səsi və xarizması ilə milyonların sevimlisinə çe

Hökumət, insanları istismar edən və sağlamlıqlarına zərər vuran qeyri-

Genetik cəhətdən sağlam donor hüceyrələrdən istifadə edilən üsul, si

Yeni bir araşdırmaya görə, həftədə üç və ya daha çox porsiya kartof q

ABŞ-ın Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan l

Vaşinqtonda qəbul ediləcəyi gözlənilən digər qərar isə İrəvanın Az
