Əsirlikdə işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər


Digərləri 08 Avq 2025 20:20:00 66 0

Əsirlikdə işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə veriblər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 8-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Lənkəran Cəfərli 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ağdam rayonunun Çəmənli kəndində mülki əhalinin təxliyəsi ilə məşğul olarkən Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında həmin ərazidə Azərbaycan Ordusunun atəş nöqtələrinin olmadığını deyib.

Şəmsi Kazımlı ifadəsində Vətən müharibəsi zamanı oktyabrın 19-da Hadrutda iki güllə yarası aldığını bildirib. Zərərçəkmiş şəxs 2021-ci ilin mayın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində, Laçın rayonunda, Gorus-Sisyan istiqamətində ona küt alətlə xəsarət yetirildiyini deyib. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs hadisə zamanı ərazidə Ermənistan silahlı qüvvələrinin və silahlı mülki şəxslərin sayının təxminən 400-500 nəfər olduğunu söyləyib. "Hadisə zamanı onlar bizi əhatəyə almışdılar. Orada güllə atılmayıb, söhbət aparılırdı. Qəfildən arxadan küt alətlə vurdular. Hadisə zamanı mənimlə birlikdə altı nəfər xəsarət aldı", - deyə o bildirib.

Azad Axundov da özündən əvvəl ifadə vermiş Ş.Kazımlının dediklərinə oxşar ifadə verib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş şəxs 2021-ci il mayın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində silahın qundağı ilə vurulması nəticəsində xəsarət aldığını söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Ranil Abdullayev ifadəsində Vətən müharibəsi zamanı, oktyabrın 21-də Suqovuşanda minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib.

Zərərçəkmiş şəxs Elvin Kərimovun hüquqi varisi - Niyaz Kərimov ifadəsində qardaşının Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu deyib.

Zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanılıb. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olmuş Ağbulaq kəndində (Xocavənd rayonu - red.) müxtəlif tikinti işlərinə məcburi şəkildə cəlb olunub. Əsirlik zamanı döyülüb, işgəncələrə məruz qalıb, o cümlədən başında butulka sındırılıb. Aldığı xəsarətlər nəticəsində onurğa sütunu zədələnib, bu səbəbdən axsayır.

Həbib Əliyev 1992-ci ildə Laçında həqiqi hərbi xidmətdə olarkən, döyüşlər zamanı yaralanması nəticəsində əsir götürüldüyünü söyləyib. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş şəxs bildirib ki, yaralı vəziyyətdə döyülüb, işgəncələrə məruz qalıb. Əsir əsgər yoldaşı gözləri qarşısında yandırılıb. Həbib Əliyev əsirliyinin 1 il 8 ayını zirzəmidə saxlanılıb. 1995-ci il mayın 8-də əsirlikdən azad olunub.

Mahir Əbilov 2021-ci ilin noyabr ayında Laçın rayonunun Güləbird kəndində "Azərişıq" ASC-nin əməkdaşı qismində çalışarkən mina partlayışı nəticəsində xəsarət aldığını bildirib.

Diləfruz Ələkbərova ifadəsində 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun İsmayılbəyli kəndini işğal etməsi nəticəsində ailə üzvləri ilə birlikdə məcburi köçkün düşdüyünü bildirib. Onların bütün mülkləri həmin vaxt işğal edilmiş ərazilərdə qalıb.

Tovuz Cəlilova ifadəsində həyat yoldaşı Bədirxan Cəlilovun 1994-cü il aprelin 17-də Ağdam rayonunun Güllücə kəndində döyüşlər zamanı itkin düşdüyünü bildirib.

Gülizar Salahova ifadəsində övladı Salahov Valeh Vaqif oğlunun 1994-cü il yanvarın 10-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndində döyüşlər zamanı itkin düşdüyünü söyləyib.

Rasim Bağırov ailə üzvləri ilə birlikdə Xankəndidən məcburi köçkün düşdüyünü deyib.

Ukraynaya 3,2 milyard avroluq yardım təsdiqləndi like
  • 08 Avq 20:15  
Dünya Ukraynaya 3,2 milyard avroluq yardım təsdiqləndi

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya milyardlarla avro ayırmağa razıla

arrow Ətraflı
Türkanda dənizdə 1 nəfər batıb like
  • 08 Avq 20:00  
Digərləri Türkanda dənizdə 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
İlham Əliyev müharibədə qalib gəldi  indi o sülhü qazandı  Hikmət Hacıyev like
  • 08 Avq 19:40  
Siyasət İlham Əliyev müharibədə qalib gəldi indi o sülhü qazandı Hikmət Hacıyev

Prezident İlham Əliyev müharibədə qalib gəldi - indi o sülhü qazandı.

arrow Ətraflı
4 bürün həyatı gözləmədikləri anda dəyişəcək like
  • 08 Avq 19:25  
Digərləri 4 bürün həyatı gözləmədikləri anda dəyişəcək

Bu yayın sonuna qədər 4 bürcün nümayəndələri yeni həyata başlayacaqla

arrow Ətraflı
Prezidentin Ağ Evdəki görüşləri canlı yayımlanacaq like
  • 08 Avq 19:08  
Siyasət Prezidentin Ağ Evdəki görüşləri canlı yayımlanacaq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq.

arrow Ətraflı
Bu rayonlarda təbiətə 18 min manatlıq ziyan vuruldu like
  • 08 Avq 19:02  
Digərləri Bu rayonlarda təbiətə 18 min manatlıq ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son

arrow Ətraflı
Erkən doğum hansı halda baş verir? like
  • 08 Avq 19:00  
Digərləri Erkən doğum hansı halda baş verir?

Hamiləlikdə erkən doğumun baş verməsinə müxtəlif tibbi və qeyri-tibbi

arrow Ətraflı
Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı like
  • 08 Avq 18:45  
Dünya Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı

Türkiyənin Dardanel boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti

arrow Ətraflı
İlham Əliyev İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verib like
  • 08 Avq 18:37  
Siyasət İlham Əliyev İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı

arrow Ətraflı
Gözlərdə sağlamlıq problemlərini göstərən 5 əlamət like
  • 08 Avq 18:30  
Digərləri Gözlərdə sağlamlıq problemlərini göstərən 5 əlamət

Göz formasındakı dəyişikliklər və ya görmə qabiliyyətinin zəifləməs

arrow Ətraflı
Rusiya bir neçə günə bu adada nüvə sınağına başlayır like
  • 08 Avq 18:15  
Dünya Rusiya bir neçə günə bu adada nüvə sınağına başlayır

Yaxın günlərdə Rusiya "Burevestnik" qitələrarası raketini Novay

arrow Ətraflı
Məşhur türk aktyor arvadına XƏYANƏT EDİB?  bu aktrisa ilə like
  • 08 Avq 18:00  
Şou-biznes Məşhur türk aktyor arvadına XƏYANƏT EDİB? bu aktrisa ilə

Yıldız Çağrı Atiksoy və Berk Oktayın evliliyində problem yaranıb.

arrow Ətraflı
Bu ilin sonuncu planetlər paradı olacaq like
  • 08 Avq 17:44  
Digərləri Bu ilin sonuncu planetlər paradı olacaq

2025-ci ilin yanvar ayında 6 planetin iştirakı ilə böyük parad, fevral ay

arrow Ətraflı
BərdəXankəndi istiqaməti üzrə reyslərin sayı artırılır like
  • 08 Avq 17:33  
Digərləri BərdəXankəndi istiqaməti üzrə reyslərin sayı artırılır

"Böyük Qayıdış" proqramı çərçivəsində ötən ilin sentyabr

arrow Ətraflı
Avqustun 9da iki bürc güclü dəyişikliklər hiss edəcək  Dolunayın təsiri like
  • 08 Avq 17:22  
Digərləri Avqustun 9da iki bürc güclü dəyişikliklər hiss edəcək Dolunayın təsiri

Avqustun 9-da "Sturgeon Moon" (Nərə balığı ayı) adlandırılan d

arrow Ətraflı