Bu ixtisasları seçsəniz işsiz qalmayacaqsınız Ən yüksək və az maaşlı sahələr
Digərləri 15 Avq 2025 22:20:00 91 0
Ali məktəblərə ixtisas seçiminin yekunlaşmasına sayılı günlər qalıb. Demək olar ki, hər gün sosial şəbəkələrdə valideynlərin, abituriyentlərin seçimlərini paylaşaraq, insanlardan "Necə seçilib? Qəbul şansım var? Kəsilmərəm ki?" suallarına cavab istəyirlər. Baxanda görürsən ki, ixtisasların çoxu sadəcə "qəbul olum",-deyə seçilib. O sahələrdə iş imkanı isə çox zəifdir.
Bu xəbəri də oxu: Evli kişilərin 68 faizi gizlicə əxlaqsız videolara baxırmış: Qadınlar nə düşünür? Açıqlama
Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Lent.az-a açıqlamasında ixtisas qrupları üzrə maaşı və tələbatı yüksək, həmçinin aşağı olan ixtisaslar barədə danışıb.
Bəzi məktəblərdə fiziki mühit hələ də inklüziv təhsilə uyğun deyil" - Rizvan Fikrətoğlu
"Bir çox abituriyent yüksək bal toplasa da, ixtisas seçimindən sonra peşman olur. Onların ya iş sahəsində gözləntiləri qarşılanmır, ya da ümumiyyətlə iş tapmırlar.
I ixtisas qrupunda informasiya texnologiyaları, təbiət elmləri, kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi ixtisaslarına tələbat çox yüksəkdir. Bu sahələrdə maaş yüksələn və artan dinamika ilə irəliləyir. Həmçinin dövlət və özəl sektorlarda iş tapmaq asandır, qlobal sahələrə çıxış imkanları var. Evdə oturaraq xarici şirkətlərə hər hansısa proqram yazmaqla da, maliyyə əldə etmək mümkündür.
Həmçinin bu ixtisas qrupundakı mühəndislik sahələrinə daxil olan elektronika, energetika və mexanika da tələbatlı ixtisaslardır. Burada maaş ortadan yuxarı doğru irəliləyir. Sahəsinin mütəxəssisi olanlar qətiyyən işsiz qalmırlar. Bunlardan fərqli olaraq neft-qaz mühəndisliyinə artıq əvvəlki tələbat yoxdur. Kimya mühəndisliyi isə məhz akademik yöndə çalışmaq istəyənlər üçün idealdır.
II ixtisas qrupunda isə iqtisadiyyat və idarəetmə ixtisaslarının kadrlarına ehtiyac çoxdur. Biznesin idarəedilməsi, rəqəmsal marketinq, iqtisadiyyat, maliyyə sahələrinə tələbat var, lakin burada diplom yox, əsas şərt praktiki bacarıqdır. Əmək haqqı bağlanğıc üçün orta, zamanla isə yüksələndir. Bu qrupdakı menecment ixtisası aşağı tələbatlıdır, həmçinin bu sahədə işləmək üçün mütləq ixtisaslaşma lazımdır. Dövlət və bələdiyyə idarəedilməsində isə iş tapmaq çətindir.
III ixtisas qrupunda hüquqşünaslığa yüksək bilik tələb olunur, tələbat isə həmişə yüksəkdir, lakin rəqabət olduqca çoxdur. Dövlət sektorunda çalışmaq çətindir, əlavə imtahan və praktika tələb olunur.
Filologiya az gəlirli sahədir. Tarix, kitabxanaçılıq, fəlsəfə kimi ixtisaslara tələbat çox aşağıdır, iş tapmaq demək olar ki, mümkünsüzdür. Vakansiyalar üzrə maaşlar əlverişli deyil. Bu ixtisaslara həqiqi maraq yoxdursa, yalnız bala uyğun seçim düzgün deyil.
IV ixtisas qrupunda tibb, stomatologiya, əczaçılıq ixtisaslarına tələbat çox yüksəkdir, amma uzunmüddətli və çətin təhsil yolu var. Maaş yaxşı olsa da, dövlət müəssisələrində bir qədər aşağıdır. Bu ixtisasları bitirib, özəl klinikalarda işləmək daha məqsədəuyğundur. Bu qrupda biologiya, kimya kimi ixtisaslarda isə tələbat zəifdir.
Ümumiyyətlə, hansı ixtisas qrupu olmasından asılı olmayaraq, seçim edərkən diploma yox, bacarığa önəm vermək lazımdır. İxtisasın adına yox, gələcəkdə hansı iş imkanları verə biləcəyinə fikir vermək lazımdır. Ən yaxşı ixtisas şəxsin maraqlarına uyğun seçiləndir, amma bu rahatdır deyə yox, real tələbat və gəlir imkanlarına görə olmalıdır",-deyə ekspert fikrini yekunlaşdırıb. Son.az
Ukraynanın bütün bölgələrində hava həyəcanı elan olunub.

ABŞ-li Richard Guilfordun 2014-cü ildə Ford zavodunda itirdiyi cüzdan, 10 il

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bu gün

Evlilikləri ilə bağlı yayılan iddialarından sonra Burak Özçivit və Fahr

Pakistanda Hayber-Paxtunxva əyalət hökumətinə məxsus humanitar yardım da

Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompe

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Yeni Zelandiyada təsadüfən tapılan və araşdırma nəticəsində nəsli kə

Böyük Britaniyanın Mançester hava limanında iki təyyarənin uçuş zolağ

Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anas

Prof. Dr. Naci Görür, Marmaranın zəlzələ yaratma müddətinin bitdiyini bi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Qovlar ş

"Yaşayan Nostradamus" da adlandırılan braziliyalı parapsixoloq Ato

Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.
