BDYPİ hərəkət iştirakçılarına müraciət edib
Digərləri 16 Avq 2025 12:50:00 281 0
Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxtəlif şəxsi işlərlə bağlı olaraq paytaxtdan rayonlara üz tutur. Bu zaman magistral və digər əsas yollarda hərəkətin intensivliyi xeyli artır və qəza riskidə yüksəlir. Belə şəraitdə hər bir sürücünün daha diqqətli, məsuliyyətli və intizamlı davranması xüsusi əhəmiyyət kəsb edir.
Bu xəbəri də oxu: Pikassonun bu əsəri fantastik qiymətə SATILDI
Son.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək bir daha xatırladır ki, sükan arxasında diqqətli olmaq, müəyyən edilmiş sürət həddinə əməl etmək və yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamaq təhlükəsizliyin ən vacib şərtlərindəndir. Xüsusilə təkərlərin vəziyyəti, işıq cihazlarının işlək vəziyyətdə olması, əyləc sistemi və sükan idarəetməsi diqqətlə yoxlanılmalıdır.
Uzun məsafə qət edərkən yuxusuz və yorğun halda sükan arxasına keçmək qəza ehtimalını qat-qat artırır. Bu səbəbdən sürücülər mütləq dincəlməli, zərurət yarandıqda isə yolda qısa fasilələr verməklə özlərini gümrah saxlamalıdırlar.
Yollarda müəyyən olunmuş qaydalara riayət etmək - həm sürücülərin, həm də sərnişinlərin həyatının qorunması üçün yeganə təminatdır. Unutmaq olmaz ki, bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər.
Bu gün səhər saatlarında Azərbaycanın Tovuz rayonu ərazisində baş ver
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
Azərbaycanın qərbində yerləşən Naxçıvan Muxtar Respublikası həm təbi
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə
Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyya
Avropa İttifaqının xarici siyasət üzrə rəsmilərinin - istər Anita Hippe
37 yaşlı Magnitqorsk sakini Yekaterina Semenova 25-ci bütün Rusiya evli qad
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Alyaskada ke
Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qı
Cəlilabadda 62 yaşlı qadın qətlə yetirilib.
Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən pi
ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə gö
