Zelenski: Avqustun 18də Vaşinqtonda Tramp ilə görüşəcəyəm
Dünya 16 Avq 2025 13:11:00 63 0
Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin avqustun 18-də ABŞ-ın sabiq Prezidenti Donald Trampla Vaşinqtonda görüşəcəyini açıqlayıb.
Bu xəbəri də oxu: KİV: Zelenski Donbas; Rusiyaya verməkdən imtina etdi
Son.az xəbər verir ki, bu barədə dövlət başçısı Tramp və bir neçə Avropa lideri ilə keçirdiyi telefon danışığından sonra "Telegram" kanalında məlumat verib.
"Bazar ertəsi Vaşinqtonda Prezident Trampla münaqişənin həlli ilə bağlı bütün detalları müzakirə edəcəyik. Dəvət üçün təşəkkür edirəm", - deyə Zelenski bildirib.
Prezident söhbətin təxminən 1 saat 30 dəqiqə davam etdiyini və səmərəli keçdiyini vurğulayıb. Onun sözlərinə görə, Tramp, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların əsas məqamlarını da bölüşüb.
Zelenski qeyd edib ki, Ukrayna ABŞ və Rusiya arasında üçtərəfli formatda görüş təşəbbüsünü alqışlayır və bu cür formatın mühüm məsələlərin dövlət başçıları səviyyəsində müzakirəsi üçün uyğun olduğunu düşünür.
O, əlavə edib ki, Ukrayna və ABŞ Avropanın danışıqlarda iştirakını vacib hesab edir və təhlükəsizliyin təmin olunması məqsədilə bütün mərhələlərdə bu iştiraka ehtiyac olduğunu vurğulayır.
Kənan Son.az
15 avqust üçün tarot bürc proqnozu üç bürc nümayəndələri üçün xoş

Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxt

Bu gün səhər saatlarında Azərbaycanın Tovuz rayonu ərazisində baş ver

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin

Azərbaycanın qərbində yerləşən Naxçıvan Muxtar Respublikası həm təbi

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlə

Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyya

Avropa İttifaqının xarici siyasət üzrə rəsmilərinin - istər Anita Hippe

37 yaşlı Magnitqorsk sakini Yekaterina Semenova 25-ci bütün Rusiya evli qad

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Alyaskada ke

Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qı

Cəlilabadda 62 yaşlı qadın qətlə yetirilib.
