Buğda ehtiyatları məqsədli şəkildə artırılır: Səbəb nədir?
Digərləri 16 Avq 2025 17:29:00 76 0
Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını 56% artırıb. Ekspertlər deyirlər ki, idxalın artması daxili istehsalın azalması və ya istehlakın kəskin yüksəlməsi kimi dəyərləndirilməməlidir. İqtisadi təhlillər idxalın artmasının daha çox dövlət ehtiyatlarının gücləndirilməsi məqsədi daşıdığını göstərir.
Bu xəbəri də oxu: “Qafqazinfo”nun 15 yaşı tamam olur
Son.az xəbər verir ki, "Kaspi" qəzeti bununla bağlı yazı hazırlayıb.
Azərbaycan 2025-ci ilin ilk yarısında buğda idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 56% artırıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu dövrdə ölkəyə 602 255 ton buğda idxal edilib. Buğdanın dəyəri 130,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 216 min ton və 45 milyon dollar çoxdur. Dünyanın bir çox ölkəsində buğda əsas ərzaq məhsulu hesab olunur və ərzaq təhlükəsizliyində mühüm rol oynayır. Əhalisi çörək və un məmulatlarını sevən və bu qidalardan daha çox istifadə edən ölkəmiz üçün isə ərzaqlıq buğdanın sabit təchizatı xüsusilə vacibdir. Bəs, maraqlıdır, idxalının artmasının səbəbləri nədir?
"Ərzaqlıq buğda tələbatını ödəyə bilmirik"
İqtisadçı ekspert Pərviz Heydərov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, idxalın müəyyən dövrlərdə artmasının əsas səbəbi ölkənin daxili tələbatını tam ödəyə bilməməsidir: "Azərbaycanın idxal etdiyi əsas ərzaq məhsulları arasında ərzaqlıq buğda xüsusi yer tutur. Son illər ərzində ölkədə ərzaqlıq buğdanın daxili istehsalı və tədarükünə dair dövlət səviyyəsində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilsə də, hələ də bu sahədə tələbat tam ödənilmir. Nəticə etibarilə, ölkəmiz bu məhsul üzrə idxaldan asılı vəziyyətdə qalır".
Məhdud əkin sahələri
Yerli buğda istehsalının ölkənin tələbatını tam qarşılamamasının səbəblərinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir: "Daxili tələbatı tam qarşılaya bilməməyimizin bir sıra obyektiv və subyektiv səbəbləri var. Əvvəla, yerli istehsal olunan buğda tələb olunan keyfiyyət göstəricilərinə tam cavab vermir. Bundan əlavə, daxili bazarda istehsal edilən buğdanın maya dəyəri analoji idxal məhsuluna nisbətən daha yüksəkdir. Digər mühüm amil isə əkin sahələrinin məhdud olmasıdır. Ölkədə kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu, iqlim və su ehtiyatları ilə bağlı çətinliklər buğda istehsalının genişləndirilməsinə və tələbatı ödəməsinə əngəl yaradır. Rusiya-Ukrayna müharibəsindən əvvəl razılaşmalar çərçivəsində Azərbaycan tərəfi Ukraynada müəyyən torpaq sahələrində buğda əkini ilə məşğul olmaq niyyətində idi. Lakin müharibə səbəbindən bu planlar reallaşmadı. Bu fakt bir daha göstərir ki, Azərbaycanın daxilində ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsini artırmaq üçün həm coğrafi, həm də iqtisadi resurslar məhduddur və bu səbəbdən idxal hələ də əsas rol oynayır".
"İdxal yerli məhsuldan sərfəlidir"
2024-cü ilin statistikasına əsasən, Azərbaycanın buğda idxalının əsas hissəsi Rusiya və Qazaxıstanın payına düşür. Regionda baş verən gərginliklər fonunda buğda ticarətində hər hansı risklərin olması, un və çörək məhsullarının qiymətinə təsiri narahatlıq doğurur. Mütəxəssis bildirir ki, buğda idxalının artması un və çörək məhsullarının qiymətlərinə birbaşa təsir göstərmir: "Əksinə, idxal məhsulları yerli istehsaldan daha ucuz başa gəldiyinə görə qiymət artımı gözlənilmir. Azərbaycanın əsas idxal mənbəyi Rusiya olduğuna görə, oradan alınan ərzaqlıq buğda məhsulları aşağı tariflərlə, münasib qiymətə daxil olur. Bu da daxili bazarda un və çörək məhsullarının qiymətinin sabit qalmasına şərait yaradır. Rusiya ilə gərginliklərin idxala təsirinə gəldikdə isə, Moskva hazırda ağır iqtisadi sanksiyalar və böhran şəraitində olsa da, ölkə daxilində istehsal olunan məhsulların, xüsusilə də taxılın xaricə ixracını davam etdirir. Əksinə, bu məhsulların satışı Rusiya üçün əlavə gəlir mənbəyidir. Bu baxımdan inanmıram ki, Rusiya Azərbaycana buğda ixracını məhdudlaşdırsın".
Sabirabadda yabanı halda bitən 2 tondan çox çətənə bitkisi məhv edilib.

Donald Trampla Vladimir Putinin 2025-ci il avqustun 15-də Ankoricdə baş tutan

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.

Aktrisa Məlahət Abbasova bəzi müğənniləri tənqid edib.

16 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz

İranın Xarici İşlər naziri Abbas Ərağçi IRNA-ya verdiyi müsahibədə bi

2025-ci ilin payız mövsümü yaxınlaşır və bu, yeni macəralar, fərqli m

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət S

Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş H

16.08.2025-ci il tarixində saat 10:50 radələrində Respublika Təcili və Tə

İllər keçdikcə insanın görünüşü dəyişir, amma bəzi bürclər əksin

Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəyin ad günü münasib

Havaların hər keçən gün daha da isinməsi təkcə insan sağlamlığına de

Rusiya Federasiyasının Kamçatka bölgəsində güclü zəlzələ qeydə alın
