Rəqsanə İsmayılovanın vəkili danışdı Əhvalı əladır MÜSAHİBƏ
Şou-biznes 16 Avq 2025 22:33:00 74 0
Müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Ona görə də müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu xəbəri də oxu: Rəqsanə Bakıda həbs edildi
Son.az xəbər verir ki, müğənninin vəkili İlqar Rüstəmov məsələ ilə bağlı Teleqraf-ın suallarını cavablandırıb.
- Rəqsanə xanım Cinayət Məcəlləsinin hansı maddəsi ilə ittiham olunur? O, özünü təqsirli bilirmi?
- Rəqsanə xanım Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Özünü təqsirli bilmir. Barəsində başqa ittiham yoxdur.
- Şikayətçilər kimlərdir?
- Cinayət işinin konfidensiallığı səbəbindən şikayətçilərin adlarını açıqlamamız doğru deyil. Bu, istintaq sirridir. Vətəndaşın şikayəti üzrə araşdırma aparılır.
- Rəqsanə xanım Rusiyada yaşayırdı. Onun Azərbaycana qayıdışının barəsindəki ittihamlarla əlaqəsi varmı?
- Rəqsanə xanım ildə bir neçə dəfə ölkəyə gəlib-gedib. Sonuncu gəlişi sözügedən ittihamla bağlı deyil.
- Bir müddət əvvəl Rəqsanə xanımın həyat yoldaşından ayrılması barədə xəbərlər yayılmışdı. Onun boşanması ilə həbsi arasında əlaqə varmı?
- Bu barədə məlumatım yoxdur.
- Rəqsanə xanım hazırda harada saxlanılır?
- Hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır. Barəsində həbs qətimkan tədbiri seçilib.
- Bəs bununla əlaqədar apellyasiya şikayəti veriləcək?
- Biz onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə razı deyilik. Avqustun 18-i apellyasiya şikayəti verəcəyik.
- Əhvalı necədir?
- Əladır.
Müğənni Günel Zeynalova şəxsi həyatı ilə bağlı sualı cavablandırıb

Sumqayıtda 16 yaşlı gənc dənizdə çimərkən həyatı ilə vidalaşdı. Ha

Hipertoniyada bəzi balıq növlərinin seçilməsi zərərli ola bilər. Xüsus

Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqabilində Donbasın bütün əra

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin himayəsi altında Nizami Gəncəvi

Doğum tarixi insanın taleyində, o cümlədən həm maddi, həm də mənəvi z

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova dələduzluq əməll

Şir bürcü mövsümü bütün bürclərə isti qızıl işığını saçaraq,

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.

Türkiyə Ticarət Nazirliyi, "Alya" markalı uşaq idman dəstində x

Son dövrlərdə tez-tez adı çəkilən aktrisa Nesrin Cavadzadə, bir müddət

Cəlilabadın Alar kəndində 62 yaşlı qadının qətlə yetirilməsinin bəzi

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4 bal gücündə zəl

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
